Dövlət istiqrazları ilə daxili borclanma 1 milyard manata yaxınlaşdı
2020-ci ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) Bakı Fond Birjası vasitəsilə Maliyyə Nazirliyi tərəfindən 860 milyon 622 min manatlıq dövlət istiqrazları yerləşdirilib.
Marja xəbər verir ki, 3 noyabr 2020-ci il tarixində də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 122 milyon 26 min 500 manatlıq istiqrazları yerləşdirilib. Bu yerləşdirməni də nəzərə alsaq ilin əvvəlindən ilkin bazarda yerləşdirilmiş istiqrazların həcmi 982 milyon 648 min manatı keçir.
Qeyd edək ki, dövlət büdcəsinin kəsiri istiqrazların yerləşdirilməsi yolu ilə cəlb edilən vəsait hesabına da örtülür. Eyni zamanda, cəlb edilən vəsaitin bir hissəsi ilə ötən illərdə yerləşdirilmiş istiqrazlar üzrə öhdəliklər (əsas borc və faizlər) icra olunur.
2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 milyon manat, 2020-ci ilin 3-cü rübündə isə 969,6 milyon manat təşkil etmişdir.
Marja.az Telegramda: https://t.me/marjaaz

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























