Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşmaqda davam edir. Amerika sessiyasında dollar indeksi dəstək görsə də, texniki təhlillər ucuzlaşmanın davam edə biləcəyi proqnozlaşdırmağa əsas verir. Dəstəyin səbəbi isə ABŞ-da hökümət ilə müxalifətin iqtisadiyyata dəstək proqramının məbləğinə dair razılığın əldə oluna biləcəyi ehtimallarının artmasıdır.
Beləliklə, EURUSD məzənnəsində də korreksiya müşahidə edilir. Lakin Asiya sessiyasında yenidən 1.1838$-da dəstək görən məzənnə, 1.1864$-ın qırılması ilə növbəti artım dalğasını bərpa edə bilər. Eyni mənzərə GBPUSD məzənnəsində də müşayiət olunur və treyderlər 1.3174$-ın qırılmasını gözləyirlər.
Əlvan metallar bazarlarında da qızılın qiyməti korreksiya edib və dollarda ucuzlaşmanın yenidən sürətlənəcəyi təqdirdə, bahalaşmanın burada da bərpa oluna biləcəyi ehtimal edilir. Burada isə önəmli müqavimət səviyyələri 1918.50 və 1923.30$-dır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarına dair dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Bundan öncə - saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir.
Qeyd etmək lazımdır ki, USDTRY məzənnəsi son günlər ucuzlaşmağa başlayıb və son təhlillər nəticəsi məzənnə 7.8318TL-nin altında qaldıqca, ucuzlaşmaqda davam edəcəyi istiqamətindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 58 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























