Dövlət büdcəsində kəsir proqnozdan az olub - MALİYYƏ NAZİRLİYİ OPERATİV MƏLUMAT YAYDI
2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat
Gəlirlər
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 17964,6 mln. manat təşkil etmişdir ki, bu da proqnoza qarşı 206,5 mln. manat və ya 1,2 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1093,2 mln. manat və ya 6,5 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5672,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 155,6 mln. manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 63,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4249,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 mln. manat və ya 8,2 faiz çoxdur.
2020-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2955,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 33,0 mln. manat və ya 1,1 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 mln. manat vəsait büdcəyə daxil olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8852,5 mln. manat vəsait transfert edilmişdir.
2020-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5941,8 mln. manat icra olunmuşdur.
Xərclər
2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18642,2 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1951,6 mln. manat və ya 11,7 faiz çoxdur.
2020-ci ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7171,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1283,0 mln. manat çoxdur.
2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12188,0 mln. manatı və ya 65,4 faizi cari xərclərə, 4927,6 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1526,6 mln. manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6911,4 mln. manat icra olunmuşdur.
Büdcə kəsiri (defisit)
2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil etmişdir və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olmuşdur. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
15 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
Son Xəbərlər

Bankların mənfəət məbləğləri - YENİ SİYAHI

Rəsmi məzənnələr açıqlandı

"PAŞA Bank" 133 milyon manata yaxın xalis mənfəət açıqladı

Hər gün bahalaşır - Qiyməti 4400 dollara yaxınlaşdı

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

Qlobal bank: Qızılın qiyməti 2025-in sonunadək 4400 dollara, 2026-nın iyununda isə 4 600 dollar çata bilər

"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib
