"OPEC+" ölkələri sentyabrda öhdəliklərini 102% icra edib
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri sentyabr ayında neft hasilatının azaldılmasına dair öhdəliklərini 102% icra edib. Son beş ayda ortalama icra səviyyəsi 100% olub.
Bunu Rusiyanın Energetika Naziri Aleksandr Novak "OPEC+" ölkələrinin nazirlərinin monitorinq komitəsinin iclasından (JMMC) sonra deyib.
Onun sözlərinə görə, II rübdə bazarda tələbatın əhəmiyyətli azalmasından sonra sözügedən razılaşma üzrə sazişin icra səviyyəsinin olduqca yüksək göstəriciləri bazarın sabitləşməsinə çox müsbət təsir göstərib.
İclasdan sonrakı bildirişdə qeyd edildiyi kimi, razılaşması üzrə sazişin 102% səviyyədə yerinə yetirilməsi 2020-ci ilin may ayından bəri ən yüksək göstəricidir. Əlavə olaraq, ölkələr 2020-ci ilin sentyabr ayında azalma çatışmazlığını gündə ümumilikdə 249 min barel əlavə azalma ilə kompensasiya ediblər.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında "OPEC+" razılaşması üzrə sazişin icra nisbəti 103% təşkil edib.
Xatırladaq ki, "OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.
"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
26 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
38 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
45 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
54 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın














.jpg)








