“İrşad Electronics” balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək istəyir
“İrşad Electronics” balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə İcra Hakimiyyətinə rəsmi müraicət ünvanladı.
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad Electronics” Ermənistan tərəfindən vurulan Gəncə şəhərində baş verən hadisə nəticəsində ailəsini itirən və yaralı vəziyyətdə xəstəxanada olan balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb.
Müraciətdə şirkətin balaca Xədicənin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq təminat xərclərini öz üzərinə götürmək və universitetə qəbul olduğu təqdirdə 4 illik ödəniş haqqını ödəmək istədiyi bildirilir.
Şirkət tərəfindən ünvanlanan rəsmi məktubda qeyd olunub:
“Balaca vətəndaşımız Xədicənin doğmalarının yerini heç kim əvəz edə bilməz, lakin bütün Azərbaycan olaraq artıq onun ailəsiyik. Yaşadığı acılar acımızdır. Bu günlərdə Azərbaycan Ordusunun Tarixi zəfər yolunda baş verən hadisələr insanların birliyini daha da gücləndirdi. Hər kəs Vətən qarşısında öz vəzifə borcunu ödəmək üçün əlindən gələni edir. İstər ön cəbhədə hərbçilərimizin göstərdiyi şücaət, istər arxa cəbhədə millətimizin ordumuz üçün, erməni terrorçuları tərəfindən zərər görümüş vətəndaşlarımıza etdikləri bu ölkənin vətəndaşı olaraq bizi də qürurlandırır. Bu minvalla biz də dəstək üçün əlimizdən gələni etməyə hazırıq.”
Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcəyi xəbərini verib. Həmçinin Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Ordumuza dəstək olmaq məqsədi ilə isə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna da 50.000 manat köçürüb və cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.
“İrşad Electronics” şirkəti olaraq ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
- 1 gün sonra
-
10 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
10 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
10 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
10 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
10 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
10 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
