Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Misir Bakıdan Şarm Əl-Şeyxə yenidən birbaşa aviauçuşların açılmasını təklif etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Misir Bakıdan Şarm Əl-Şeyxə yenidən birbaşa aviauçuşların açılmasını təklif etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 25-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Misir Ərəb Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Adel İbrahim Əhməd İbrahimi qəbul edib.

Görüşdə iki ölkə arasında turizm sahəsi üzrə əməkdaşlıq perspektivləri, ölkələrin mövcud turizm potensialı, COVID-19 pandemiyası dövründə hər iki ölkədə turizm sahəsi üzrə aparılan işlər və görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Reklam_3_11

Müzakirələr zamanı iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin və turizm imkanlarının artırılmasının vacibliyinə toxunan səfir Misirin istirahət zonası olan Şarm Əl-Şeyx şəhərinə yenidən birbaşa aviauçuşların açılması təklifi ilə çıxış edib.

Azərbaycanın da Misir Ərəb Respublikası ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Fuad Nağıyev postpandemiya dövründə yenidən Misir və Azərbaycan arasında qarşılıqlı turist səfərlərinin bərpasının turizmin inkişafına böyük töhfə verəcəyini diqqətə çatdırıb.

Görüş çərçivəsində turizm sahəsi üzrə həyata keçirilən müvafiq strategiyalar, eləcə də bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri barəsində qarşılıqlı müzakirələr aparılıb.

25.09.2020 15:28
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18