Neft bazarı üçün yeni problem: Liviya
Yeni növ koronavirus pandemiyasında ikinci dalğanın olacağı ehtimalı neft qiymətlərinin yüksəlməsinə mane olur. Bununla bərabər yeni bir problem var: Liviya
Marja xəbər verir ki, vətəndaş müharibəsinin davam etdiyi Liviyanın neft sənayesi Yanvar ayından bu yana tamamilə bağlı idi, amma ölkə, iki tərəf arasında keçən həftə imzalanan və neft gəlirlərinin bərabər bölünəcəyini nəzərdə tutan razılaşmadan sonra ixraca başlamağa hazırlaşır.
Liviya nefti, koronavirusa yoluxanların artdığı və xam neft bazarlarında oynaqlığın çox olduğu bir dövrdə təkrar bazarlara qayıdır. Neft sənayesinin açılmasını nəzərdə tutan bir əvvəlki razılaşmanın müvəffəqiyyətsiz olduğu nəzərə alınsa, Liviya nefti haqqında danışmaq üçün hələ erkəndir.
Liviyada dövlətin sahib olduğu enerji şirkətinə görə, istehsal bu həftə 3 dəfə artaraq gündəlik 260 min barelə yüksələcək.
Qlobal investisiya bankı Goldman Sachs-ın təxminlərinə görə isə, ölkədəki istehsal 2020-ci ilin sonunda gündəlik 550 min barelə qədər yüksələ bilər və gələn ilin ortalarında gündəlik istehsal az qala 1 milyon barelə çata bilər.
Qlobal bazarların gündəmində olmasa da, OPEC+ koalisiyasının Aprel ayından bu yana etdiyi istehsal azaltmaları düşünüldüyündə, hər hansı bir istehsal artımı qiymətlər üzərində aşağı istiqamətli təzyiq yarada bilər. Liviyada hər şey planlaşdırıldığı kimi gedərsə əlavə 1 milyon barel neft bazarlara daxil olar və bu da neft qiymətlərinin yüksəlməsinin qarşısında əngəl təşkil edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb




















