Avro Bölgəsində illik inflyasiya sıfırdan aşağı düşüb
Avro Bölgəsində illik inflyasiya, yeni növ koronavirus (Kovid-19) tədbirlərinin yumşaldılmağa davam etdiyi avqust ayında mənfi 0,2%-ə enib.Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin avqust ayı inflyasiya rəqəmlərini açıqlayıb.
Marja xəbər verir ki, Avro Bölgəsində iyulda 0,4% olan illik inflyasiya, avqustda mənfi 0,2%-ə (deflyasiya) düşüb. AB-də isə iyulda 0,9% olan illik inflyasiya avqustda 0,4% olaraq ölçülüb.
Beləliklə, Avro Bölgəsində avqust ayında illik inflyasiya sıfırdan aşağı düşüb.
AB üzvü ölkələr arasında avqustda ən yüksək inflyasiya 4% ilə Macarıstanda, 3,7% ilə Polşada və 3,5% ilə Çexiyada reallaşıb.
Avqustda ən aşağı inflyasiya isə mənfi 2,9% ilə Cənubi Kiprdə, mənfi 2,3% ilə Yunanıstanda və mənfi 1,3% ilə Estonyada qeydə alınıb.
İnflyasiya nisbəti, avqustda Fransada 0,2%, Almaniyada mənfi 0,1%, İtaliyada mənfi 0,5% və İspaniyada mənfi 0,6% olub.
Avro Bölgəsində pul siyasətini aparan Avropa Mərkəzi Bankı (ECB), bölgədə qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir, lakin hədəfinə çata bilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























