Azərbaycanda inflyasiya açıqlandı
Avqust ayında deflyasiya davam edib. İllik inflyasiya isə 2,9% təşkil edib. İnflyasiya İyul ayında da 2,9% idi.
2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-avqust aylarına nisbətən 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,0 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2% azalıb (deflyasiya), əvvəlki ilin avqust ayına nisbətən 2,8 faiz artıb.
2020-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5% faiz azalıb, əvvəlki ilin avqust ayına nisbətən 4,9 faiz artıb.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, bahalaşma isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0 faiz təşkil edib, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 1,4 və 1,1 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
17 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
