Azərbaycanda 3 bankın mənfəət vergisi ödəmələri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Ziraat Bank Azərbaycan", "Kapital Bank" və "Xalq Bank"dır.
Qalan 6 bankdan 3-nün - "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan" və "Bank of Baku"nun isə mənfəət vergisi ödəmələri azalıb, 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Express Bank" bu ilin I yarısında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib, 2 bank - İran Milli Bankının Bakı filialı və "PAŞA Bank" isə bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə qənəat edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
2 bankın - "Premium Bank" və "Unibank"ın mənfəəti vergisi ödəmələri 100% azalıb.
Bu ilin I yarısında mənfəət vergisi ödəməmiş 14 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
10 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Xalq Bank", "Bank of Baku", "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Yapı Kredi Bank Azərbaycan", "Ziraat Bank Azərbaycan" və İran Milli Bankının Bakı filialıdır.
Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsində ümumilikdə 80,946 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxından ən yüksək göstərici "Kapital Bank"da (33,158 milyon manat), ən aşağı göstərici isə İran bankında (2 min manat) qeydə alınıb.
Qalan 16 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 5-si yarımilliyi zərərlə başa vurmuş "Bank BTB", Pakistan Milli Bankının Bakı filialı, "Bank Avrasiya", "Muğan Bank" və "Yelo Bank"dır ki, onların mənfəət vergisi ödəməməsi təbiidir.
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)






