“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$-ın üzərində ticarət edilir və 1.19$-ın qırılması ilə güclü bahalaşma dalğası başlaya bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın istehsal və xidmət sektorlarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
GBP.
GBP/USD məzənnəsi də 1.30$-ın üzərində ticarət edilir və 1.31$-ın qırılması ilə burada da güclü bahalaşma dalğası başlaya bilər.
Cümə günü saat 12:30-da İngiltərənin istehsal və xidmət sektorları ilə bağlı da önəmli fundamental göstəricilərin yayımlanması gözlənilir.
TRY.
USD/TRY məzənnəsi isə tarixi rekord səviyyələrini yeniləməkdə davam edir. 7.36TL-nin üzərində dalğalanan məzənnə, 7.56TL-yə kimi də bahalaşa bilər. TCMB-nin faizlərini azaltması, inflyasiyanın yüksək olması və dövlət borcunun artması, lirəyə təzyiq edən əsas amillərdir.
Cümə axşamı TCMB faiz qərarına yenidən baxacaqdır və saat 15:00-da yeni qərar dərc ediləcəkdir.
OIL.
Foreks bazarlarında dolların ucuzlaşması, enerji birjalarında neftin də 45$-ın üzərində dalğalanmasına əsas yaradır. Bir barel üzrə qiymət 45$-ın üzərində möhkəmlənərsə, 43$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
GOLD.
Əlvan metallar bazarlarında qızılın qiyməti 1928$-da dəstək görməkdədir. Bir unsiya üzrə qiymət cari həftə ərzində 1950$-ın (62.7 $/qram) üzərində möhkəmlənərsə, 1995$-a (64.2 $/qram) kimi dəyər qazana bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 6 d. əvvəl
- 14 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
Ən çox oxunanlar
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi























