Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin I rübündəki xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Bank Avrasiya", "Günay Bank", "Rabitəbank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Yelo Bank" və "Naxçıvan Bank"dır.
Ən yüksək dinamika "Bank Avrasiya"da (16,6 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (6,1%) qeydə alınıb.
7 bankın - "Xalq Bank", "AFB Bank", "Ziraat Bank Azərbaycan", "Bank Respublika", "Muğan Bank", "Access Bank" və İran Milli Bankının Bakı filialının isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə az olub. Ən çox azalma İran bankında (99,1%), ən az azalma isə "Xalq Bank"da (5,1%) qeydə alınıb.
2 bankın - "Express Bank" və "Premium Bank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Müvafiq olaraq 8,4 dəfə və 3,4 dəfə.
2 bankın - "Bank VTB Azərbaycan" və "Azərbaycan Beynəlxalq Bankı"nın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb. Müvafiq olaraq 33,5% və 91,8%.
4 bank - "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku" və "Turan Bank" bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlar üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 4 bank - "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", Pakistan Milli Bankının Bakı filialı və "Unibank" isə bu ilin I yarısında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə isə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
8 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-i bu ilin I yarısında xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Unibank", "Express Bank", "Bank VTB Azərbaycan", "Premium Bank", "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank"dır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlar üzrə ayırmalara müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (38,036 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (2 min manat) qeydə alınıb.
Qalan 18 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən yüksək göstərici "Xalq Bank"da (13 milyon 242 min manat), ən aşağı göstərici isə "Bank of Baku"da (103 min manat) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















