Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq elan etdi
15 sentyabr 2020-ci il tarixdə “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
Yığıncaq “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində (ünvan: Həsən Əliyev küçəsi 4/186) keçiriləcəkdir.
Marja xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirə olunması nəzərdə tutulmuşdur:
1. Səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi;
2. Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər.
Qeyd edək ki, “İpək Yolu Sığorta”nın səhmdarları Cəmilə Əsgərova (38,74%), Məlahət Əsgərova (38,74%), SİLK VEY AVİAŞİRKƏTİ (19,05%) və "Azərbaycan Hava Yolları" QSC-dir (3,47%). Cəmilə və Məlahət AZAL-ın rəhbəri Cahangir Əsgərovun qızlarıdır.
Xəbər verdiyimiz kimi, "Silk Way Business Aviation" MMC adını "ASG Business Aviation"ə dəyişmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
41 d. əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
3 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Ən çox oxunanlar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























