“PAŞA Bank”ın Türkiyədəki törəməsinin son vəziyyəti məlum oldu
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I yarısını 11,117 milyon lirə (2,612 milyon manat) xalis mənfəətlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.
Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 59,162 milyon lirə (13,903 milyon manat, 1 il əvvələ nisbətən 22,4% az), faiz xərcləri 23,166 milyon lirə (5,444 milyon manat, 0,9% çox), haqq və komissiya gəlirləri 1,855 milyon lirə (436 min manat, 32,9% az), qiymətli kağızların alqı-satqısında gəlirləri 2,387 milyon lirə (561 min manat, 1 il bundan əvvəl zərər olub), inzibati xərcləri 9,843 milyon lirə (2,313 milyon manat, 27,8% çox), digər gəlirləri 2,949 milyon lirə (693 min manat, 6,4 dəfə çox), digər xərcləri 11,33 milyon lirə (2,663 milyon manat, 49,9% çox), xüsusi ehtiyatlara ayırmaları 7,745 milyon lirə (1,82 milyon manat, 66,1% az), mənfəət vergisi ödəmələri isə 3,152 milyon lirə (741 min manat, 17,7% az) təşkil edib.
Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 2 022,566 milyon lirə (475,303 milyon manat) olub ki, bu da illik müqayisədə 28,9% çoxdur. Bunun 1 326,442 milyon lirəsi (311,714 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,1% böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 40,9% artaraq 1 479,744 milyon lirəyə (347,74 milyon manat), balans kapitalı isə 4,7% artaraq 542,822 milyon lirəyə (127,563 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (117,5 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,235 manat
©️“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 d. əvvəl
- 11 d. əvvəl
-
- 14 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb

























