Qazax Sement Zavodunda 440 milyon manat azalma
“HGC GROUP” MMC nizamnamə kapitalını 800 milyon manatdan 380 milyon manata azaltdığını bildirib. Qərarı sement zavdonun təsisçiləri qəbul edib.
Qazax Sement Zavodunun mühasibatında bu qərarın səbəbini izah etməyiblər.
Bu ilin fevralında “HGC GROUP” nizamnamə kapitalını 9,8 mln manatdan 800 mln manata qaldırmışdı. MMC-dən bildirmişdilər ki, kapital artımına səbəb zavodun əmlakının yenidən qiymətləndirilməsi olub.
Buna qədər 2016-cı ildə sement zavodunun sahibi “Akkord Sənaye-tikinti investisiya korporasiyası” Qazax Sement Zavodunun bazasında paritet əsasla “Heidelberg Cement AG” yaradıb. “Qazax Sement Zavodu”nun adı “HGC GROUP” MMC-yə çevrilib.
Xəbər verdiyimiz kimi, 07 iyun 2016-cı ildə Almaniya Federativ Respublikasında Azərbaycan - Almaniya İqtisadi Forumunda Akkord STİK ASC ölkəmizi təmsil etmişdir. Belə ki, Akkord STİK ASC ilə HeidelbergCement AG arasında Qazax Sement Zavodunun tam ortaqlığı, HeidelbergCement AG-nin Gürcüstan Respublikasındakı müəssisələrinin 75/25 faiz nisbətində ortaqlığa dair memorandum imzalanmışdı.
Hazırda zavodun gücü ildə 1 mln. tondur. Burda tikinti sementindən başqa sulfatadavamlı sement istehsal edilir. 2019-cu ilə kimi müəssisənin gücünü ildə 3 mln ton sementə çatdırmaq planlaşdırılır.
© Turan
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)







.jpg)



