Qazprom-un təbii qaz ixracından gəliri 51% azalıb
Rusiyanın enerji şirkətinin min kub metr təbii qaz ixrac qiyməti, iyunda may ayı ilə müqayisədə 13% geriləyərək 82 dollara düşüb.Rusiyanın enerji şirkəti Qazprom-un təbii qaz ixracından gəliri, 2020-ci ilin ilk 6 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 51,2% düşərək 11,3 milyard dollara geriləyib.
Marja xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına görə, Qazprom-un boru xəttləri ilə təbii qaz ixracının həcmi isə yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 17,8% azalaraq 91,1 milyard kub metrə düşüb.
Qazprom-un min kub metr təbii qaz ixrac qiyməti də iyunda bir əvvəlki ayla müqayisədə 13% geriləyərək 82 dollara enib.Analitiklər, şirkətin təbii qaz ixracından qazanc əldə edə bilməsi üçün min kub metr təbii qaz qiymətinin 90 ilə 100 dollar aralığının üzərində olması lazım olduğunu bildirirlər.
Qazpromun xalis mənfəəti keçən il 2018-ci illə müqayisədə 17% azalaraq 1,2 trilyon rubla (təxminən 17 milyard dollara) geriləmişdi. Dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan Qazprom, Rusiya qanunlarına görə boru xəttlərilə təbii qaz ixracı səlahiyyətinə malik ölkənin tək şirkətidir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) təxminlərinə görə, qlobal təbii qaz tələbinin bu il 4% azalaraq rekord səviyyədə düşməsi gözlənilir.
Həmçinin oxu
Rusiyanın neft ixracından gəliri təxminən 35% azalıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























