Sahibkarlığın İnkişafı Fondu və Bank Respublika sahibkarlara dövlət zəmanətli kreditlərin verilməsinə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunmuş və eyni zamanda Fondun nizamnaməsində dəyişikliklər edilmişdir. Edilən dəyişikliklər nəticəsində Fondun fəaliyyət istiqamətinə pandemiyada zərər çəkmiş sahibkarlara ölkədəki banklar vasitəsilə subsidiyaların və zamənatlərin verilməsi mexanizmi əlavə olunmuşdur.
Bununla bağlı olaraq, ölkəmizdə sahibkarlığın inkişafına dəstək olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və ölkənin aparıcı banklarından biri olan Bank Respublika arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Razılaşmaya əsasən, pandemiyadan zərər çəkmiş sahibkarların, Bank Respublikadan manatla alacaqları kreditlərin faizlərinin yarısı subsidiyalaşdırılacaq, kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Dövlət zəmanətli kreditlərin müddəti 3 ilədək, məbləği 3 mln. manatadək, güzəşt müddəti 12 ayadək, faiz dərəcəsi isə 15%-dəkdir. Beləliklə, sahibkarlar kredit faizinin yarısını, yəni 7,5%-dək hissəsini Banka ödəyəcək, eləcə də, girovu kredit götürməyə çatmırsa kreditin 60%-dək hissəsinə dövlət zəmanət verəcək.
Yeni mexanizmin üstünlüklərindən biri də sahibkrların kredit üçün müraciəti banka getmədən elektron platforma üzərində rahat edə bilmələridir. Bunun üçün sahibkarlar https://e-edf.gov.az saytına daxil olaraq Müraciət bölməsini seçərək öz VÖEN qeyd etməlidirlər. Əgər sahibkarın pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərdiyi təsdiq olunarsa, o zaman Bank Respublikadan güzəştli kredit əldə etmək üçün müraciət edə bilər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















