Prezidentdən Balakən üçün Sərəncam
Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Marja xəbər verir ki, sərəncamla Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Balakən rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
№-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, nəfər |
| Gərəkli kəndi | 1 | 5489 |
| Hənifə kəndi | 1 | 6690 |
| Xalatala kəndi | 1 | 2984 |
| İtitala kəndi | 1 | 2523 |
| Qaysa kəndi | 1 | 3784 |
| Qazma kəndi | 1 | 7538 |
| Qullar kəndi | 1 | 5560 |
| Şambul kəndi | 1 | 2707 |
| Talalar kəndi | 1 | 6157 |
| Tülü kəndi | 1 | 6513 |
Cəmi | 10 | 49 945 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















