Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur
®️ “Rabitəbank” koronavirus (COVİD-19) pandemiyası səbəbilə müştərilərinin və əməkdaşlarının sağlamlıqlarının qorunması istiqamətində növbəti tədbir həyata keçirib.
Bankın 28 may küçəsi 33 ünvanında yerləşən baş ofisinin girişində yerli istehsal olan “RD Smart” model “Bio-Dezinfeksiya keçidi” sistemi quraşdırılıb.
Bu gigiyena qapısı sensorların köməyi ilə avtomatik olaraq püskürmə üsulu ilə çalışır, insanların qapıda 3 saniyə qalması ilə üzlərini, paltarlarını, ayaqqabılarını ani anda dezinfeksiya edir. Dezinfeksiya məhlulu duman buluduna çevrilərək geyimi nəmləndirmədən dərhal bədənə hopur və mövcud mikroorqanizmləri zərərsizləşdirir. İstifadə olunan dezinfeksiya məhlulu insan orqanizmi üçün tam zərərsizdir. Gigiyena qapısında həmçinin üz tanıma infraqırmızı termometr quraşdırılıb. Süni intellekt texnologiyasına əsaslanan bu termometr bədən hərarətini dəqiq müəyyən edir. “Rabitəbank”, “Made in Azerbaijan” brendinin təşviqinə dəstək göstərir və son texnoloji standartlarına cavab verən “Bio-Dezinfeksiya keçidi” də yerli istehsaldır.
Bu yeniliklərlə yanaşı “Rabitəbank” ölkədə pandemiya vəziyyəti mövcud olduğu ilk günlərdən bütün filiallarında və inzibati binalarda davamlı dezinfeksiya işləri həyata keçirir. İnsan səhhəti üçün zərərsiz olan dezinfentantlarla hər həftə bütün filiallar dezinfeksiya edilir və ərazini 10 gün ərzində qorumaq gücünə sahibdir.
Dezinfeksiya tədbirlərindən əlavə “Rabitəbank” bütün bankomatlarında mikrob və bakteriyaların əldən-ələ ötürülməsinin qarşısını almaq üçün dezinfeksiya məhlullu dispenserlərin quraşdırılmasına başlayıb. Bankomatların monitorunda istifadədən öncə maska taxmaq və əlləri bu dispenserdən dezinfeksiya etmək haqqında təlimat yerləşdirilib.
“Rabitəbank” müştərilərini banka gəlmədən ənənəvi bank əməliyyatlarını həyata keçirmək üçün “Rabitəbank Mobil” tətbiqinin və “RabitaBot” çatbotundan istifadə etməyə səsləyir. Hesabların idarə edilməsi, pul köçürmələri, ödəmələr, limitlərin təyin edilməsi və bir sıra digər bank əməliyyatlarını “Rabitəbank Mobil” tətbiqi vasitəsilə rahatlıqla həyata keçirmək mümkündür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)









