"Azərbaycan İnvestisiya Şirkəti"nin səmərəsiz fəaliyyət göstərdiyi üzə çıxıb
Hesablama Palatası 2020-ci il üzrə iş planına uyğun olaraq İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) vəsaitlərinin formalaşması və istifadəsinin auditini aparıb.
Bu barədə ali audit qurumuna istinadən xəbər verilir.
Məlumata görə, audit nəticəsində məlum olub ki, dövlət şirkətinin fəaliyyət göstərən və yaxud yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına (səhmlər və paylara) investisiya qoyuluşunun kommersiya səmərəliliyi, investisiya obyektləri seçilərkən fəaliyyət sahəsində xidmətlərinin rəqabətədavamlı olması, fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun olması kimi meyarlara tam riayət edilməyib.
Səhmləri və payları olan investiya obyektləri və layihələri üzrə əvvəlki illərdə zərərlə fəaliyyət göstərməsi səbəblərinin araşdırılması ilə onların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilməyib, auditlə əhatə edilən 2016-2019-cu illərdə zərərlə işləyən, investisiya obyektində iştirak müddətinin aşağı həddi başa çatmış payları üzrə ASC-nin iştirakına xitam verilməsinin məqsədəuyğunluğunun, həmin payların bazar qiymətləndirilməsi aparılmaqla satışının həyata keçirilməsi imkanlarının reallaşdırılması istiqamətində əməli işlər (tədbirlər) görülməyib.
Seçmə qaydada sənaye məhəllələrinin yaradılması üzrə inşaat işlərinə dair sənədlərin əsaslı surətdə öyrənilməsi ilə tikinti işlərinə dair 758,1 min manat məbləğində bir sıra kənarlaşma və fərqlər müəyyən edilib.
AİŞ aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirməklə sənaye məhəllələrinə səmərəli fəaliyyət göstərə biləcək rezidentlərin, həyata keçirilən layihələrə özəl investisiya qoyuluşlarının cəlb edilməsi, istehsalat sahələrinin tam gücləri ilə fəaliyyətin göstərməsinin təmin edilməsi tədbirlərinin həyata keçirilməsini davam etdirsə də, rezidentlərin layihələri üzrə yaradılmış iş yerlərinə faktiki işçilər tam cəlb olunmayıb, auditlə əhatə olunan dövrdə şirkətin sənaye məhəllələrinin idarəedilməsi və fəaliyyətinin təmin edilməsi üzrə xərcləri əməliyyat gəlirlərini üstələyib, büdcə zərəri ümumilikdə 298,5 min manat təşkil edib.
“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq sənaye məhəllələrinin idarə edilməsindən əldə edilən gəlirlərinin digər mənbələrlə yanaşı mühafizə xidmətlərindən əldə edilən gəlirlər hesabına da formalaşması müəyyən olunsa da, sənaye məhəllələrində rezidentlərin istifadəsində və mülkiyyətində olan əmlaklarının mühafizəsi üzrə AİŞ ilə iştirakçılar (rezidentlər) arasında müvafiq xidmət müqavilələri bağlanmamış, 2016-2019-cu illərdə 99,6 min manat məbləğində mühafizə xərcləri əvəzsiz qaydada səhmdar cəmiyyətinin xərcləri hesabına həyata keçirilib, qurum ilə sənaye məhəllələrinin iştirakçıları (rezidentlər) arasında bağlanmış müvafiq müqavilələrə əsasən rezidentlərinin öhdəlikləri (enerji, su, qaz, tikililər üzrə icarə haqqları) üzrə ödənişlər vaxtında həyata keçirilmədiyindən auditlə əhatə edilən dövrün sonuna (2019-cu il 31 dekabr tarixinə) 97,5 min manat məbləğində debitor borcu yaranıb, sənaye məhəllələrinin rezidentləri tərəfindən 31 dekabr 2019-cu il tarixə tikili və torpaq sahələri üzrə 75,1 min manat məbləğində icarə haqlarının dövlət büdcəsinə ödənilməsi təmin edilməyib. Dövlət orqanlarına sənaye məhəllələrinin yaradılması, fəaliyyətinin təşkili və inkişafı üzrə hesabat və məlumatların vaxtında və tam təqdim edilməsi, onlarda əks olunan məlumat və göstəricilərin iştirakçılar (rezidentlər) tərəfindən təqdim edilmiş layihələrin, rezidentlərlə bağlanmış müqavilələrin real (dürüst) icra vəziyyətinin qiymətləndirilməsinə uyğun olması təmin olunmayıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
44 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
50 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
1 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı






















