“AzerGold”un xalis mənfəəti kəskin artıb

“AzerGold” QSC-in 2019-cu il üzrə maliyyə hesabatlarına kənar auditor olaraq “Baker Tilly Azerbaijan” QSC rəy vermişdir.
Auditorun Cəmiyyətin maliyyə hesabatı barədə rəyi müsbətdir.
Dağ-mədən sahəsində fəaliyyət göstərən “AzerGold” QSC-nin ötən il satış gəlirləri 48% artıb. 2018 – ci ildə “AzerGold” QSC-nin satışları 58 369 947 ABŞ dolları olduğu halda, 2019 – cu il üçün bu rəqəm 27 798 421 ABŞ dolları (və ya 48%) artaraq 86 168 368 ABŞ dolları təşkil edib.
“AzerGold”un yaydığı məlumatda bildirlir ki, satış gəlirlərinin artmasının əsas səbəbi 2018-ci ilə nisbətdə 2019-cu ildə həm qiymətlilərin (qızıl və gümüş) satış həcmlərinin daha artıq olması, həm də ki, dünya bazarlarında qiymətlilərin ortalama satış qiymətlərinin daha yüksək olmasıdır.
Cəmiyyətin Ümumi mənfəəti, Ümumi mənfəət marjası, Xalis mənfəəti və EBITDA artıb. Ümumi mənfəətin, ümumi mənfəət marjasının, xalis mənfəətin və EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artmasının əsas səbəbləri hasilatın və bunun sayəsində satış həcminin artması, orta qiymətin yüksək olması və satış gəlirlərinin artımının satışın maya dəyərinin artımı ilə müqayisədə 4.7% çox olmasıdır.
Cəmiyyətin ümumi mənfəəti 2018 – ci ildəki 19 383 450 ABŞ dolları ilə müqayisədə 11 077 804 ABŞ dolları (və ya 57%) artaraq 2019 – cu ildə 30 461 254 ABŞ dollarınadək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2018 – ci ildə 33% idisə, 2019 – cu ildə bu göstərici 35% təşkil edib.
Cəmiyyətin xalis mənfəəti isə 2018 – ci ildəki 8 040 940 ABŞ dolları ilə müqayisədə 4 405 224 ABŞ dolları (və ya 55%) artaraq 2019 – cu ildə 12 446 164 ABŞ dollarınadək yüksəlib.
Cəmiyyət 2018 – ci ili 32 276 699 ABŞ dolları EBITDA ilə başa vurmuşdusa, 2019 – cu ildə bu göstərici 36% artaraq 43 876 416 ABŞ dolları olub.
Cəmiyyətin pul vəsaitləri və onların ekvivalentləri 2018 – ci ildəki 4 707 563 ABŞ dolları ilə müqayisədə 12 429 646 ABŞ dolları (və ya 264%) artaraq 2019 – cu ildə 17 137 209 ABŞ dollarınadək yüksəlib.
Cəmiyyətin ümumi kapitalı 2018 – ci ildə 9 243 471 ABŞ dolları təşkil etdiyi halda, 2019- cu ildə bu göstərici 18 328 517 ABŞ dolları (və ya 198%) artaraq 27 571 988 ABŞ dolları təşkil edib. Ümumi kapitalın artması cari ilin xalis mənfəəti (12 446 164 ABŞ dolları) hesabına, habelə dövlət tərəfindən 5,882,353 ABŞ dolları (10 milyon manat həcmində) nizamnamə kapitalının artırılmasına əsaslanır.
2019-cu ilin sonuna Cəmiyyətin səhm kapitalı 7,178,953 ABŞ dolları olmuşdur (2018-ci ildə 1,296,600 ABŞ dolları). Aktivlərdən səmərəli istifadə edilib.
Aktivlərin gəlirlilik indikatoru (ROA - Return on Assets), dövr üzrə xalis mənfəətin cəmi aktivlərə olan nisbəti ilə hesablanır. Bu indikator şirkətin ümumi aktivlərinə nisbətən nə qədər qazanclı olduğunun göstəricisidir. Bu nisbət nə qədər yüksək olarsa, deməli aktivlər bir o qədər daha səmərəli şəkildə idarə olunur və müəssisə mövcud resurslardan optimal səviyyədə mənfəət əldə edir. Aktivlərin gəlirlilik indikatoru 2019-cu ildə artaraq 11% olmuşdur (2018-ci ildə 7%).
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də yaydığı məlumatda bildirilir:
"Ümumilikdə, 2019-cu ildə 2018-ci illə müqayisədə Cəmiyyətin qızıl hasilatında 21.4 %, gümüş hasilatında isə 33.3 % artım qeydə alınmışdır. QSC-nin maliyyə hesabatlarında qeyd edildiyi kimi, hesabat ili ərzində dünya bazarlarında qızıl və gümüşün qiymətinin artması fonunda qiymətli metalların satışından ölkə iqtisadiyyatına 86.2 milyon ABŞ dolları həcmində vəsait cəlb edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 48% (27.8 milyon ABŞ dolları) daha çoxdur. Nəticədə, Qapalı Səhmdar Cəmiyyətinin xalis mənfəəti 2018-ci illə müqayisədə 55% həcmində artaraq 12.4 milyon ABŞ dolları təşkil etmişdir".
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
12 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
14 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
14 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
14 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
