Vyana şəhərinin mərkəzi “avtomobilsiz zona“ olacaq
Vyana şəhərinin mərkəzi “avtomobilsiz zona“ya çevriləcək.
Vyana şəhərinin vitse-meri Birqit Hebayn və şəhərin İçəri Şəhər rayonunun icra başçısı Markus Fiql iyunun 17-də bununla bağlı yeni nəqliyyat konsepsiyası təqdim ediblər.
Konsepsiyaya görə, içəri şəhər rayonuna avtomobillə yalnız burada yaşayan sakinlər, fiziki qüsurlu şəxslər, sosial xidmətlərin əməkdaşları, bu rayon ərazisində peşə fəaliyyəti ilə məşğul olan şəxslər, çatdırılma xidmətləri, ictimai nəqliyyat və taksilər daxil ola biləcəklər. Bu qadağa bütün növ mühərrikli minik vasitələrinə (yük maşınlar, motosikllər və s.) şamil ediləcək.
Vitse-mer qeyd edib ki, içəri şəhərdə yeni nəqliyyat konsepsiyası bu ilin payızınadək həyata keçiriləcək. O, zəmanənin artıq dəyişdiyini və tarixi abidələrlə zəngin şəhər mərkəzində mühərrikli nəqliyyata yer olmadığını vurğulayıb.
Qeyd edək ki, Vyana şəhərinin mərkəzi rayonunda 16 min sakin yaşayır. Lakin hər gün bu rayona orta hesabla azı 50 min avtomobil daxil olur. Payızdan etibarən, bu rəqəm 30 faizə aşağı düşəcək və yalnız yuxarıda qeyd edilən şəxslərə, poçt və məişət tullantıları yığan maşınlara və eləcə də “mavi işıqlı“ nəqliyyat vasitələrinə (polis, təcili yardım, yanğınsöndürmə xidməti) şəhər mərkəzinə daxil olmağa icazə veriləcək.
B. Hebayn bildirib ki, Vyana şəhərinin mərkəzi mühərriklərə deyil, insanlara məxsus olmalıdır və Avropada avtomobilsiz ilk məkan olacaq.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








