Ekspert: “SOCAR-ın aqrar sektora töhfələri çox böyük ola bilər”
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı vacib hədəflərdən hesab edilir. Bu sahənin inkişafı elə rəqəmlərdən də aydın olur. Belə ki, bu ilin yanvar-aprel ayları ərzində sənayenin qeyri-neft-qaz sahəsində məhsul istehsalı illik müqayisədə 16,8% artıb.
Son illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də qeyri-neft sektoru sahəsində investisiyalar həyata keçirir. Bu mənada SOCAR-ın Sumqayıtda yerləşən Karbamid və "SOCAR Polymer"in Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarını qeyd etmək olar. Burada istehsal edilən məhsullar yerli tələbatı ödəməklə yanaşı ixrac edilir. Məsələn, bu ilin I rübündə yerli fermerlərə 17,2 min ton karbamid gübrəsi çatdırılıb. Bu zavod fəaliyyətə başlayanadək isə Azərbaycan karbamid gübrəsini idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında ümumi dəyəri 7,4 mln. ABŞ dolları təşkil edən 50,4 min ton həcmində karbamid gübrəsi ixrac edilib.
“SOCAR Polymer”in məhsulları da daxili tələbatı ödəməklə yanaşı ixrac olunaraq ölkəyə gəlir gətirməkdədir. Belə ki, ilin 4 ayında “SOCAR Polymer” 41,5 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib. Şirkət həm də qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa başçılıq edib.
Bunlarla yanaşı, “SOCAR Polymer” dünyada davam edən koronavirus epidemiyası ilə mübarizədə əsas fərdi mühafizə vasitəsi hesab olunan qoruyucu maska istehsalı üçün aparıcı xammal olan HB 2662 FS markalı polimer istehsalına başlayıb.
Ekspertlər bu xammalın istehsalını yerli maska istehsalçısı olan şirkətlərin istehsalının davamlılığı baxımından mühüm hesab edir.
SOCAR-ın qeyri-neft sektorunda investisiyalarını qiymətləndirən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, şirkətin iqtisadiyatın qeyri-neft sektoruna aid sahələrində, o cümlədən ölkənin kənd təsərrüfatının inkişafında mühüm roluvar.
“SOCAR dövlətin əsas maliyyə dayağı olan qurumdur. O, ölkə iqtisadiyyatının lokomotivi sayılır. Onun maliyyə imkanlarından müxtəlif sahələrdə istifadə edilməsi, o cümlədən iqtisadiyyatın özülü sayıldığından şirkətin bu və ya digər emal və istehsal proseslərində iştirak etməsi təbii qarşılanmalıdır. Bu SOCAR-ın ümumən ölkə iqtisadiyyatındakı rolundan irəli gəlir”, - ekspert əlavə edib.
O, həmçinin qeyd edib ki, SOCAR-ın ölkənin qeyri-neft sektorunun müxtəlif sahələrinə verə biləcəyi dəstək kiyafət qədər böyükdür. Ekspert bu mənada SOCAR-ın xüsusən aqrar sektorda töhfələrinin çox böyük ola biləcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
-
8 d. əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
Ən çox oxunanlar
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub




















