Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verdi
Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar
Azercell Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni xidməti təqdim edib. “NNTV Mobil TV” xidmətində yeni “Kids” (“Uşaqlar”) paketi istifadəyə verilib. Fakturalı və fakturasız xətt abunəçiləri tətbiqdə dünyanın ən sevilən və popyular uşaq TV proqramlarını izləyə biləcəklər.
“NNTV Kids” paketində Disney, Boomerang, Cartoon Network, Nickelodeon HD, TRT Cocuk, Detskiy mir, Karusel, Discovery Channel HD kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.
“NNTV Kids”ə qoşulmaq üçün telefonun ekranında sadəcə *425#YES yığmaq və ya “K” açar sözünü 4040 qısa nömrəsinə göndərmək kifayətdir. Xidmətə birinci dəfə qoşulanlara ilk 7 gün pulsuz istifadə imkanı hədiyyə edilir.
Ətraflı məlumat və uşaq paketinə daxil olan kanalların siyahısı ilə tanış olmaq üçün 177 nömrəsinə zəng etmək olar.
Azercell-in “Mobil TV” xidməti abunəçilərinə istədikləri yerdə istədikləri zaman sevilən kanalları canlı olaraq izləmək imkanı verir. Qeyd edək ki, “İdman Paketini” də ayrıca təqdim edən NNTV tətbiqi 200-dən çox baxımlı telekanalı əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
- 29 d. əvvəl
-
38 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
42 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)








.jpg)



