“AccessBank” audit hesabatını açıqladı
“AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb:
https://accessbank.az/upload/iblock/f9a/AccessBank%20CJSC%20FS_31.12.2019_EN.pdf
Bankdan MArja-ya daxil olmuş məlumatda bildirilir ki, hesabata əsasən, 2019-cu ilin 31 dekabr tarixinə görə, bankın aktivləri 863 milyon manat təşkil edib. Belə ki, bankın aktivlərinin həcmində il ərzində 10.8% artım baş verib.
Bundan başqa, “AccessBank”ın kredit portfeli 8.1% artaraq 564 milyon manata çatıb. Bankın depozit portfelində isə 34.3% artım qeydə alınıb.
Həmçinin bankın xalis faiz mənfəəti 49.8 milyon manata çatıb. Bu, 2018-ci illə müqayisədə 41.7% çoxdur.
Bundan başqa, “AccessBank” 2019-cu ildə xalis mənfəətə çıxıb - 4.7 milyon manat.
2019-cu ilin 31 dekabr tarixinə əsasən, “AccessBank”ın kapitalı 94 milyon manat, subordinasiya borcu isə 22.4 milyon manat təşkil edib.
“AccessBank”ın ötən il üzrə maliyyə göstəricilərini şərh edən Anar Həsənov bildirib:
”Bankın 2019-cu il üzrə audit hesabatı PwC şirkəti tərəfindən həyata keçirilib. Hesabat bir daha sübut etdi ki, bankın maliyyə göstəriciləri beynəlxalq standartlara uyğun olaraq şəffaf tərtib edilib və bankın maliyyə durumunu özündə tamamilə əks etdirir. Bankın 2019-cu ildə - rekapitallaşdırma ilində əldə etdiyi mənfəət stabilliyin və düzgün seçilmiş strategiyanın göstəricisidir. Missiyamıza sadiq qalaraq, biz Azərbaycan iqtisadiyyatının təməlini təşkil edən mikro, kiçik və orta sahibkarlığa hərtərəfli dəstək olmaqda davam edirik.”
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
23 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 25 d. əvvəl
-
-
30 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
35 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb





























