Sığortada 115-125% zərərli məhsul - ŞƏRH
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məhsulunun sığorta şirkətləri üçün zərərli qiymətləndirilməsi səbəblərini şərh edir
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) məhsulu uzun illərdir ki, ölkə ərazisində tətbiq olunur və “İcbari sığortalar haqqında“ qanunla tənzimlənir. Hazırda İcbari Sığorta Bürosuna üzv olan və icbari sığorta məhsullarının satışını həyata keçirən 11 sığorta şirkəti fəaliyyət göstərir. Lakin demək olmaz ki, sığorta bazarında yüksək paya malik olan bu məhsul vasitəsilə şirkətlər mənfəət əldə edirlər. Bunun səbəbi isə sığorta şirkətlərinin həyata keçirmiş olduqları toplam ödənişlərin yığımlara nisbətən daha yüksək paya malik olmasıdır.
2018-ci ildə AVSMMİS məhsulu üzrə toplanan 95 milyon manat sığorta haqqının 53 milyon manatı, yəni 56%-nin, 2019-cu ildə isə 100 milyon manat yığımın 67 milyon manatı, yəni 66%-nin sığorta ödənişinin payına düşməsi məhsul üzrə ödənişlərin ildən ilə sürətli tempdə artdığını göstərir.
2018-ci illə müqayisədə 2019 –cu ildə yığımlarda 5% -lik artım müşahidə edildiyi halda ödənişlərdə 25% artım baş vermişdir. Əgər qeyri-həyat sığortası üzrə il ərzində ümumi göstəricilərə nəzər salsaq AVSMMİS məhsulunun xüsusilədə ödənişlərdə yüksək paya malik olduğunu aşağıdakı qrafikdə aydın şəkildə görə bilərik:
Göründüyü kimi 2018-ci ildə toplanan haqların 24%-i AVSMMİS üzrə olduğu halda, ödənişlər 38% təşkil etmişdir. Analoji vəziyyət 2019-cu il üçün də müşahidə edilmişdir, yəni sığorta haqlarının 25%-i bu məhsulun payına düşdüyü halda ödənişlər də 38% təşkil etmişdir.
Göstəricilərin bu şəkildə olmasına və bu məhsulun zərərli olaraq qiymətləndirilməsinə müxtəlif amillər səbəb olur:
1.Məhsulunun icbari sığortalar içərisində (həyat sığortası istisna ) hadisə baş vermə tezliyi nisbətən yüksəkdir. Hər il sürücülərin ehtiyatsızlığı, təcrübəsizliyi, yüksək sürət və s. bu kimi səbəblərdən minlərə hadisə baş verir. Hadisələrin şiddətindən asılı olaraq bəzilərinə dəyən zərər az olsa da, bəzi hadisələrdə yüksək məbləğdə zərərlə yanaşı, insan özü də xəsarət alır. Bu isə nəticə etibarilə sığorta şirkətlərinin il üzrə 10 milyonlarla manat sığorta ödənişi etməsinə gətirib çıxarır.
2.Hal-hazırda qanuna əsasən heç bir sığorta şirkəti sürücülərə İcbari Sığorta Bürosunun təyin etdiyi qiymətdən əlavə endirim edə bilməz və endirim sistemi xüsusi qayda ilə tənzimlənir. Bu gün ölkəmizdə bəzi sürücülərin sığorta haqlarında 40%-ə qədər endirim mövcuddur. Bu isə 50 AZN sığorta haqqının 30AZN-ə enməsi deməldir. Lakin iri sığorta hadisəsi baş verdiyi zaman şirkət tərəfindən üçüncü şəxsə sığorta haqqının 5-10 qatı mislində sığorta ödənişi verilir. Bu isə toplanan sığorta haqları ilə ödənişlər arasında balansın pozulmasına səbəb olur.
3.Bu gün AVSMMİS məhsulu üzrə əmlaka dəyən zərərin maksimum məbləği 5000 AZN – dir. Lakin bahalı avtomobillərin sayının gündən-günə artması, iqtisadi təsirlərlə bağlı olaraq ehtiyat hissələrinin qiymətinin qalxması hadisə nəticəsində dəyən zərərin miqdarının yüksək olmasına gətirib çıxarır. Nəticədə bəzən maksimum ödəniş olan 5000 AZN belə kifayət etmir,bu isə sığortalı və sığortaçı arasında mübahisələrin yaranmasına gətirib çıxaran amillərdəndir.
2019-cu ilin noyabr ayında Maliyə Bazarlarına Nəzarət Palatasının Prezidentin sərəncamı ilə ləğv edilməsindən sonra sığorta bazarına nəzarət Mərkəzi Banka həvalə edildi. Mərkəzi Bank nəzarət orqanı təyin edildikdən sonra sığorta sektorunun qiymətləndirilməsinə və təhlilinin həyata keçirilməsinə başladı. Qurumun təşəbbüsü ilə əhalinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirildi və bunun nəticəsində sığorta bazarında artımın müşahidə edilməsinə baxmayaraq AVSMMİS zərərli bir məhsul olaraq qaldı.
Son 3 ilin ilk 3 ayının göstəricilərinə nəzər saldıqda bu məhsul üzrə eyni analoji vəziyyətin hökm sürdüyünü müşahidə edə bilərik. Belə ki, 2018-ci ilin ilk 3 ayında toplanan 18 milyom manat sığorta haqqının 11 milyonu yəni 63%-i, 2019-cu ildə toplanan 20 mln manatın 13 milyonu yəni 68%-i, 2020 -ci ildə isə toplanan 19 milyon manatın 16 milyonu yəni 84%-i dəyərində ödəniş olunmuşdur. Yığımlarda yaranan artım dinamikası bu il üçün də davam etməkdədir. 2020-ci ilin ilk 3 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə ödənişlərdə 20%-lik artım baş vermişdir. Ödənişlərdə artımın yüksək olmasına baxmayaraq eyni vəziyyət yığımlarda müşahidə edilməmişdir və 2020-ci ildə yığımlarda 4%-lik bir azalma baş vermişdir. Yığımlarda azalma baş verməsinə təsir edən ən mühüm amil isə bonus- malusa uyğun olaraq hər il sürücülərə endirimlərin tətbiq edilməsidir.
AVSMMİS nın qeyri-həyat sığortası üzrə yığımlarda və ödənişlərdəki payına nəzər salaq:
AVSMMİS üzrə sığorta ödənişlərinin hər il kəskin atması ilin sonunda şirkətlər üçün 115-125% zərəli bir məhsul olmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, şirkətlər bu gün 30- dan çox məhsulun satışını həyata keçirirlər və digər məhsullarla müqayisədə avtonəqliyyatın icbari sığortasında hadisə başvermə ehtimalı hər zaman daha yüksəkdir.
Sığorta şirkətləri biznes fəaliyyəti həyata keçirən qurumlardır və hər birinin əsas məqsədi müştəri məmnuniyyətini və maliyyə dayanıqlığını qoruyub saxlamaqla ili zərərsiz başa vurmaqdan ibarətdir. Sığorta şirkətlərinin hər il milyonlarla manat infrastruktur xərcləri ilə yanaşı, vergi, əməkdaşlarının əmək haqqı, kommunal xərclər, icarə haqları, reklam və s. kimi xərcləri yaranır. Hesablanma ilini mənfəətlə başa vurmaq üçün şirkətlər daima könüllü məhsulların satışına daha çox diqqət yetirirlər.
AVSMMİS məhsulu üzrə bütün prosedurlar, eyni zamanda sığorta ödənişləri qanunun tələblərinə uyğun olaraq həyata keçirilir. Lakin sığorta ödənişləri və qaydaları müəyyənləşərkən həmin dövrün tələbləri və mövcud iqtisadi vəziyyəti nəzərə alınır. İllər keçdikcə insanların tələblərinin və gözləntilərinin dəyişməsi, baş verən devalivasiya və digər iqtisadi amillərin təsiri altında qiymətlərdə yaranan artım, demoqrafik dəyişikliklər avtomobillərinin sayının artması və paralel olaraq avtonəqliyyat hadisələrinin də artması və s. kimi amillər məhsul üzrə dəyişikliklərin həyata keçirilməsini, xüsusilə sığorta haqlarının və ödənişlərinin mövcud vəziyyətin tələblərinə uyğunlaşdırılmasını zəruri edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 saat sonra
-
41 d. əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
1 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
2 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
Ən çox oxunanlar

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
