Azərbaycanın ilk özəl sığorta şirkəti dirçəlir
“Günay Sığorta” ASC 2016-cı ili 104 min 167 manat xalis mənfəət ilə başa vurub.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Günay Sığorta”nın cəmi gəlirləri 2 milyon 213 min manat, cəmi xərcləri isə 2 milyon 92 min manat təşkil edib.
2015-ci ildə “Günay Sığorta”nın cəmi gəlirləri 248 min 646 manat, cəmi xərcləri 298 min 479 manat təşkil etmiş, nəticədə şirkət ili 49 min 832 manat zərər ilə başa vurmuşdu.
Qeyd edək ki, “Günay Sığorta” icbari sığorta növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib, şirkətin yeni ofisləri açılıb, "Beynəlxalq Sığorta" ASC-nin sığorta portfeli "Günay Sığorta" ASC-yə ötürülmüşdür. Bu səbəblərdən 2017-ci ildə Şirkətin gəlirlərinin daha da artacağı gözlənilir.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.
"Günay Sığorta" ASC-nn 31 Dekabr 2016-cı il tarixinə balans hesabatı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























