AZAL-a böyük məbləğdə yardım edildi
Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə 86 milyon 900 min manat yardım edilib.19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub.
Maliyyə Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 mln. 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 mln. 637 min manat vəsaitin ayrılması icra olunub.
Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 mln. manat ödənilib. Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 mln. 757 min manat həcmində vəsait ödənilib.
Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 mln. manat vəsaitin köçürülməsi başa çatdırılıb, həmçinin işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 mln. manat vəsait ayrılıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 mln. manatlıq hissəsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib.
Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir. Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları”da böyük zərərlə qarşılaşıb. Artıq bir sıra aviaşirkətlər müflis elan edilib, əksəryəti isə dövlətləri tərəfindən dəstəklənirlər. Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86 mln. 900 min vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib.
Sərnişindaşıma sahələrdən biri olan “Bakı Metropoliteni” QSC-yə isə dövlət büdcəsindən 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib və ictimai nəqliyyatın ən mühüm sahəsi olan metroya dəstək tədbirləri davam etdiriləcəkdir.
Eyni zamanda Tədbirlər Planında nəzərdə tutulduğu kimi, İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 mln. manat vəsait köçürülüb.
Tədbirlər Planında nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinin xətti ilə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 323 sahibkarlıq subyektində çalışan 4134 muzdlu işçinin əmək haqqının ödənilməsi üçün 1 mln. 603 min manat, 6282 fərdi (mikro) sahibkara isə maliyyə yardımının edilməsi üçün 2 mln. 298 min manat maliyyə dəstəyinin göstərilməsi təmin edilir.
Həmçinin, dövlət büdcəsindən işsiz kimi qeydiyyata alınan şəxslərə dövlət dəstəyinin göstərilməsi məqsədilə 3 mln. 610 min manat, Naxçıvan Beynəlxalq Hava Limanının əmək haqqı və digər əməliyyat xərclərinin qarşılanması, habelə şəhərlərarası və şəhərdaxili nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə maliyyə yardımının göstərilməsi üçün 1 mln. 242 min manat Muxtar Respublikanın Nazirlər Kabinetinə köçürülüb.
Pandemiyadan zərər çəkmiş bütün sahələrdə maliyyə dəstəyi və güzəştlər üzrə maliyyələşmə işləri Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























