"Bu il məhsulumuz keçən ilkindən də yaxşıdır"
Hazırda Salyanın əksər kəndlərində ailə təsərrüfatlarında istixana şəraitində pomidor becərilir. Rayonun Qarabağlı kəndində hər bir şəxsi təsərrüfatda pomidor istixanalarına rast gəlmək mümkündür. Burada əhali əsasən gündəlik qazancını istixanalarda yetişdirdiyi məhsulla əldə edir.
Kənd sakini Mürşüd Xudiyev də belə təsərrüfat sahibindən biridir. O, 7 ildən çoxdur şəxsi həyətində istixana şəraitində pomidor yetişdirməklə məşğuldur. Təsərrüfat sahibi ötən il 20 ton məhsul yığdığını deyir:
“Bizim istixananın ərazisi 20 sotdur. Pomidor və xiyar becəririk. Əsasən “Orletta” sortundan olan pomidor toxumundan istifadə edirik. Yaxşı məhsuldar pomidordur. Keçən il də yaxşı məhsulumuz oldu. Bu il şükür Allaha, keçən ilkindən də yaxşıdır. Bir şitildən 7-8 kiloqram məhsul əldə edirik. Bu il istixanamızda 22-23 ton məhsul götürməyi planlaşdırırıq”.
İstixana ərazisində becərilən pomidor şitilləri damcı üsulu ilə suvarılır. Burada 5000-dən çox şitil əkini aparılıb. Təsərrüfat sahibi qeyd edir ki, əkin aparılarkən bütün aqrotexniki qaydalara riayət olunub. Bu da məhsulun daha bol olması ilə nəticələnib.
Bu gün təsərrüfat sahibini narahat edən əsas amil pomidorun satış qiymətidir. Fermer deyir ki, ilk vaxtlarda pomidorun 1 kiloqramının qiyməti yerində 2 manata idisə, indi bu qiymət 90-80 qəpik arasında dəyişir. Mütəxəssislər isə bunu pandemiya dövrü ilə əlaqələndirirlər.
Kənd təsərrüfatı mütəxəssisi Emin Xudiyev də bunu təsdiqləyir: “Bu günlərdə fermerlərin əkdiyi məhsulların qiymətinin belə aşağı düşməsi əsasən pandemiya ilə əlaqədardır. Məhsul bazarlara çıxsa da, alıcılıq zəifdir. Buna görə də fermer məhsulu istədiyi qiymətə sata bilmir. Karantin rejiminin yumşaldılması tezliklə bazarın da canlanmasına səbəb olacaq”.
Qeyd edək ki, hazırda Salyan rayonunda 138 hektar ərazidə 473 istixana mövcuddur. Ötən il bu istixanalarda 10 min tondan çox pomidor istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb.
Azərtac
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
Geely Group satışlarda rəqiblərini geridə qoyaraq liderliyini təsdiqləyir
- 8 saat əvvəl
-
-
15 saat əvvəl
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
- 1 gün əvvəl
- 4 gün əvvəl
-
4 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 4 gün əvvəl
- 5 gün əvvəl
-
5 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Xalq Bankdan Novruza özəl endirim təklifi
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi


















