Azərbaycanda premium çayın yığımına başlanılıb - 2 MİN MANATA SATILIR
Lənkəranda iri təsərrüfatlardan olan “Yaşıl çay” fermer təsərrüfatında mövsümün ilk yaşıl çay yarpağının yığımına başlanılıb. Yığımı yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün təsərrüfatın çaybecərənləri plantasiyalara cəlb olunublar.
İstisu qəsəbəsində yerləşən ümumi sahəsi 70 hektar olan təsərrüfatda “Azərbaycan-2” adlanan premium keyfiyyətli çay yığılır. Azərbaycanda ən yüksək keyfiyyətə malik olan bu yerli çayın yarpağının dəriminə sübh tezdən başlanılır. Bu il havaların bir qədər yağıntılı keçməsi çay yığımını qismən gecikdirib. Buna baxmayaraq, may ayında sahələrdən bol məhsul toplanacağı proqnozlaşdırılır.
Təsərrüfatın rəhbəri Araz Yağubov deyir ki, yığım hər il olduğu kimi, bu il də intensiv aparılacaq. Plantasiyadan bol məhsulun götürülməsi isə may ayının ortalarına proqnozlaşdırılır.
Mövsüm ərzində keyfiyyətli məhsul toplanılması üçün sahələrə bütün aqrotexniki qulluq göstərilib. Həmişə olduğu kimi, bu dəfə də insan sağlamlığına zərərli olan kimyəvi qatqılardan istifadə edilməyib.
“Biz bu ərazini tam orqanik saxlamışıq. Burada heç bir mineral və ya digər kimyəvi gübrələrdən ümumiyyətlə istifadə etməmişik. Bütün aqrotexniki işlər tam qaydasında aparılıb”, - deyə A.Yağubov əlavə edib.
Yığılan çayın kiloqramı 2000 manata alıcılara təklif olunur:
“Xarici turistlər üçün xüsusi hazırlanmış “Premium gold” çaylarımız da var. Onun 1 kiloqramı 2 min manatadır. Həm keyfiyyətinə, həm də qablaşdırmasına görə fərqlənir. Qablaşdırılması kitab formasındadır və səhifələrində Azərbaycan, ingilis və rus dillərində Azərbaycan çayı haqqında məlumatlar yazılıb”.
Sahələrdə çay yığmının ilkin mərhələsi olduğu üçün hazırda burada 20-yə yaxın işçi çalışır. Kifayət qədər təcrübəli olan çaydərən qadınlar məhsulun itkisiz və keyfiyyətlə toplanılmasına xüsusi diqqət yetirirlər.
Çay plantasiyalarında yığım sentyabr ayına qədər davam edəcək.
Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















