Könüllü sığorta 24%, icbari sığorta isə 13% artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 160 milyon 518 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 12,7% artaraq 80 milyon 247 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 57 milyon 458 min manat təşkil edib ki, bu da illik müqayisədə 92,1% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,1% artaraq 19 milyon 606 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-mart aylarında 23 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 22,9 manatdan 24,4 manata qalxıb.
Həyat sığortası 31%, qeyri-həyat sığortası isə 16% artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 67 milyon 636 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 31,2% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 173 milyon 129 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 36 milyon 67 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 34,85% artaraq 40 milyon 997 min manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,3 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 23,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-mart aylarında müvafiq olaraq 30,7 manat və 20,3 manat olub.
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
21 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 23 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

























