1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan açıqlama
Sosial şəbəkələrdə yayılan 1000 manat dəyərində olan xatirə sikkələri insanlarda çaşqınlıq yaradıb. Çoxları bu sikkələrin dövriyyədə olduğunu zənn edib.
Məsələ ilə bağlı Mərkəzi Bankın Mətbuat xidmətinin rəhbəri Namiq Əliyev açıqlama verərək bildirib ki, bu xatirə sikkələri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə 2013-cü ildə tədavülə buraxılıb.
“2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 1000 manat olan qızıl yubiley pul nişanları tədavülə buraxılıb. Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində istehsal olunub”.
Qeyd edək ki, yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilib. Yubileypul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Əsas parametrlər
Buraxılış ili: 2013
Nominalı: 1000 manat
Metalı: Au 999.9
Çəkisi: 32.3 unsiya (1005 qr)
Diametri: 100 mm
Keyfiyyəti: Pruf
Buraxılış limiti: 5 ədəd
© BAKU.WS
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
47 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















