Dizel mühərrikli Touareg-in xüsusi şərtlərlə satışına başlandı - QİYMƏT
Volkswagen Bakı Mərkəzi ilk dəfə dizel mühərrikli Volkswagen Touareg modelinin xüsusi şərtlərlə satışını həyata keçirir.
(®️) Dizel mühərrikli Volkswagen Touareg-in premium seqmentə aid olması ilə yanaşı, həm qənaətli olması, həm də müasir ekoloji tələblərə cavab verməsi onun böyük üstünlüyüdür. Bundan əlavə avtomobil çox ciddi göstəriciləri ilə premium seqment SUV avtomobillər arasında bütün rəqiblərindən irəlidədir.
Touareg xüsusi şərtlərlə yürüşdən asılı olmayaraq, tam zəmanətlə 135 min 200 manatdan başlayan qiymətlərlə təklif olunur.
Touareg-in 3 litr həcmli 6 silindirli turbo dizel mühərriki 249 at gücü hasil edə bilir. Avtomobilin dartı qüvvəsi isə inanılmaz 600Nm, benzin mühərrikli alternativindən 150 Nm artıqdır. Təəccüblü deyil ki, bu 5 metr uzunluqlu, 2 tonluq əjdaha 0-dan 100-ə cəmi 6.8 saniyəyə çatır. Yeni Touareg əvvəlkindən uzundur amma biraz daha alçaqdır. Öndə böyük barmaqlıqlar və bu maraqlı işıqlar diqqət çəkir. IQ light sistemli işıqların maraqlı xüsusiyyəti odur ki, işıqlar nə qədər güclü olsalar belə qarşıdan gələnin gözünə düşmürlər. Eyni zamanda döngələrə girərkən işıqlar təkərlərin döndüyü tərəfə dönür və yolunuzu tam aydınladır, bununla da qarşıdan gələn avtomobilləri daha tez görməyinizə imkan yaradır.
Almanların yaratdığı 3-cü nəsil Volkswagen Touareg-də ağıllı avtomobilə xas hər bir funksiya var. Avtomobilə böyük ölçülü yük qoymaq üçün yük yerini 4 sm aşağı endirmək mümkündür. Yolsuzluq şəraitində Touareg-in ağıllı amortizasiya sistemi onu 7 sm yuxarı qaldırır, habelə idman modunda maksimum yerə yaslanır və asqılar bərkiyir. İnteryeri isə analoqu olmayan innovasiyalar ilə doludur. Avtomobilə əyləşən kimi ilk diqqəti cəlb edən məqam 15 düym ölçülü ekrandır. Touareg-in bir çox xüsusiyyətlərini həm toxunaraq, həm də uzaqdan əl hərəkətləri ilə idarə etmək mümkündür. Zənglər, naviqasiya sistemi, 360 dərəcəli kamera, bluetooth, video və musiqi pleyeri, oturacaqların qızdırılması və kondisionerin də idarəsi bu panel üzərindən reallaşır. Sürət göstəricisinə gəldikdə isə qarşımıza 12 düym ölçülü ekran çıxır. Burada rəqəmsal formada çalışan sürət göstəricisi, avtomobilin servis vaxtı, yağ göstəricisi kimi məlumatlar öz əksini tapır.
Avtomobillə tanış olmaq, daha ətraflı məlumat almaq və sərfəli satış şərtləri barədə öyrənmək üçün şəhər telefonlarından *7788, mobil telefonlardan isə 055 5557788 ilə əlaqə saxlaya, habelə Volkswagen Bakı Mərkəzinin sosial şəbəkə səhifələrini izləyə və müraciət edə bilərsiniz.
https://www.facebook.com/VolkswagenAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
14 d. əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
-
32 d. əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
35 d. əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
36 d. əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
- 43 d. əvvəl
-
43 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
15 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
Son Xəbərlər

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
