"Azərlotereya"nın xalis mənfəəti kəskin artıb
"Azərlotereya" ASC 2019-cu ili 5,6 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 73,5% çoxdur.
Ötən il "Azərlotereya"nın əməliyyat gəlirləri 20,8 milyon manat (illik müqayisədə 48,7% az), satışının maya dəyəri 14,3 milyon manat (61,2% az), sair əməliyyat gəlirləri 291 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 263 min manat (33,4% az), mənfəət vergisi ödəmələri isə 1,4 milyon manat (73,5% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərlotereya"nın aktivləri 16,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 38% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 66,4% artaraq 8,5 milyon manata, balans kapitalı isə 17% artaraq 8,1 milyon manata, o cümlədən nizamnamə kapitalı 10 dəfə artaraq 200 min manata çatıb.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






