Çin şirkəti Azərbaycanda Logistika Parkı layihəsini reallaşdıracaq
Çinin dövlət şirkəti olan "China CAMC Engineering” strateji tərəfdaşı “AS Group”un “Fresh Logistics Park” layihəsini maliyyələşdirəcək, inşa edəcək və parkı Çinin “Foton” yük avtomobilləri, “Kassbohrer” soyuducu treylerləri ilə təmin edəcək.
Bununla bağlı tərəflər arasında təxminən bir il davam edən danışıqların nəticəsində müavilə imzalanıb.
Müqavilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirak etmək üçün Pekinə səfəri zamanı imzalanmış sənədlərdən olan "China CAMC Engineering" və “AS Group”un nəqliyyat sahəsi üzrə strateji əməkdaşlıq haqqında memorandumunun icrası çərçivəsində reallaşıb. Həmin memorandum iki şirkət arasında gələcək əməkdaşlığın inkişaf perspektivlərini tənzimləyirdi.
İmzalanan müqavilə və layihə barədə daha ətraflı məlumat verən “China CAMC Engineering”in Bakı ofisinin rəhbəri Kənan Quluzadə deyib ki, Azərbaycan ilə Çin arasında yüksək səviyyədə olan münasibətlər müxtəlif şirkətlər arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır:
"Şirkətimizin regiondakı strateji tərəfdaşı olan “AS Group” şirkəti ilə bir neçə layihə üzərində işləyirik. “AS Group”un “Fresh Logistics” park layihəsinin birinci fazasının baş podrat müqaviləsini imzaladıq. Layihə Hövsan ərazisində geniş formatlı logistika parkının tikintisini, yük avtomobillərinin və soyuducu treylerlərin təchizatını nəzərdə tutur. Layihənin birinci fazasının dəyəri 18,89 milyon ABŞ dollarıdır. İnşaat müddətində təqribən 2 min, fəaliyyətə başladıqdan sonra minə yaxın yeni iş yeri açılması nəzərdə tutulub. Bu layihə ilə yanaşı strateji tərəfdaşımız “AS Group” ilə “Azərbaycan–Çin aqro-sənaye parkı” layihəmiz də aktualdır. Müvafiq layihənin danışıqlarını Azərbaycan tərəfi ilə davam etdiririk. Bu layihələr Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişlənməsində ayrı-ayrı şirkətlərin fəal iştirakının bariz nümunəsidir".
©️ Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
5 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















