“Şəbəkə Sığorta Brokeri” ildən-ilə geriləyir
“Şəbəkə Sığorta Brokeri” MMC 2019-cu ili 11 min 862 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2017-ci ili 102 min manat, 2018-ci ili isə 14 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması Şirkətin gəlirlərinin düşməsilə bağlıdır.
Marja Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Şəbəkə Sığorta Brokeri”nin cəmi gəlirləri 197 min 966 manat, cəmi xərcləri isə 186 min 104 manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Şəbəkə Sığorta Brokeri”nin cəmi gəlirləri 1 milyon 339 min manat, 2018-ci ildə isə 805 min manat təşkil etmişdir. İldən - ilə "Şəbəkə Sığorta Brokeri”nin gəlirləri və mənfəəti azalır.
2017-ci illə müqayisədə ötən il şirkətin cəmi gəlirləri 7 dəfəyə yaxın azalıb.
"Şəbəkə Sığorta Brokeri" sığorta və təkrarsığorta risklərinin xarici sığorta bazarlarına ötürülməsi üçün 2013-cü ildə təsis edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






