“Bakı Sığorta” maliyyə vəziyyətini açıqladı
Şirkətin topladığı sığorta haqları və investisiya gəlirləri artıb“Bakı Sığorta” ASC 2019-cu ili 237 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 29% azdır. Belə ki, “Bakı Sığorta” ASC 2018-ci ili 334 min manat xalis mənfəət ilə başa bağlamışdı.
Marja Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 86 min manat, cəmi xərcləri isə 1 milyon 789 min manat təşkil edib. Şirkət 296 min manatlıq əməliyyat mənfəətindən 59 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 109 min manat, cəmi xərcləri 1 milyon 691 min manat, əməliyyat mənfəəti (maliyyə mənfəəti) 418 min manat təşkil etmişdi. Şirkət həmin il maliyyə mənfəətindən 83 min 605 manat mənfəət vergisi ödəmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Sığorta”nın cəmi gəlirlərinin cüzi azalması ilə bərabər xərclərinin artması illik müqayisədə mənfəətin azalmasına səbəb olub.
TOPLADIĞI SIĞORTA HAQLARI ARTIB
Ötən il “Bakı Sığorta” ASC-nin topladığı sığorta haqları 1 milyon 163 min manat, sığorta ödənişləri isə 239 min amanat təşkil edib. 2018-ci ildə şirkətin topladığı sığorta haqları 1 milyon 25 min manat, sığorta ödənişləri isə 197 min manat təşkil etmişdi.
İNVESTİSİYA GƏLİRLƏRİ ARTIB
Ötən il “Bakı Sığorta” 814 min manat investisiya gəlirləri əldə edib. Şirkət 2018-ci ildə 730 min 88 manat investisiya gəlirləri əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)








.jpg)





