PAŞA Sığorta dərmanların ödənişsiz çatdırılma xidmətini təklif edir!
(®) PAŞA Sığorta şirkəti bütün sığortalı müştərilər üçün dərmanların istənilən ünvana ödənişsiz çatdırılma xidmətini təklif edir!
Cəmiyyətimiz qarşısında sosial məsuliyyəti anlayaraq sığortalı müştərilərimiz bu çətin günlərini rahat şəkildə geridə qoya bilmələri və sağlamlıqlarının naminə evdə qalmaları üçün PAŞA Sığorta şirkəti faydalı imkanlar təqdim etməyə davam edir.
PAŞA Sığortanın könüllü tibbi sığorta üzrə müştəriləri Dokta Aptek-dən sifariş məbləğinə minimum limit tətbiq olunmadan dərman və ya tibbi ləvazimat sifariş verərək ödənişsiz çatdırılma xidmətindən yararlana biləcəklər.
Digər sığorta növünün (icbari və könüllü avtomobil/əmlak və ya digər) sahibi olan hər bir müştəri isə Dokta Aptek-dən 10 AZN məbləğindən artıq dərman və ya tibbi ləvazimat aldığı təqdirdə sifarişlərin Bakı şəhər daxili istənilən ünvana çatdırılması tam ödənişsiz olacaqdır.
Aşağıda göstərilən nömrələrlə əlaqə saxlayaraq və ya sadəcə reseptinizin şəklini bu nömrələrə göndərərək sifariş edə bilərsiniz. Sifarişləriniz ən qısa zamanda ünvanınıza təslim ediləcəkdir.
Qeyd edək ki, ödənişsiz çatdırılma xidmətindən yararlanmaq üçün könüllü tibbi sığortalılardan Resept və Sığorta kartının şəkli, digər sığortalılardan isə reseptlə yanaşı sığorta şəhadətnaməsinin nömrəsi (olmadığı təqdirdə sığortalı avtomobilin nömrəsi) tələb olunur.
Əlaqə nömrəsi: (+99470) 567 0 567
Whatsapp nömrəsi: (+99450) 777 0 911
E-mail: [email protected]
Həmçinin, müştətilərin ehtiyac olan tibbi dəstəklə təmin edilməsi üçün PAŞA Sığorta şirkəti “Könüllü Tibbi Sığorta” proqramı çərçivəsində korporativ müştərilərə tam təmənnasız “Telesəhiyyə Xidməti” təqdim edir. Bu xidmət vasitəsilə 31 may tarixinədək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqla bağlı yaranan müxtəlif sorğuları peşəkar ailə həkimləri və həkim-pediatrlara ünvanlamaq mümkündür. Odur ki, müştərilərin təhlükəsizliyi və rahatlığı üçün təcili tibbi müdaxilə tələb edən hallar istisna olmaqla, hər hansı müraciətlə bağlı evdən çıxmadan telefon vasitəsilə ilkin peşəkar konsultasiya almaq tövsiyə olunur. Sığorta şirkətinin tərəfdaşı olan “Sphera Health Care AZ” tərəfindən həyata keçirilən telesəhiyyə xidməti bazar günləri istisna olmaqla hər gün 08:00-22:00, bayram günlərində isə 10:00-16:00 saatlarında fəaliyyət göstərir.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 saat sonra
- 43 d. əvvəl
-
-
1 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
1 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır







.jpg)








.jpg)



