"Gilan"ın bankı ilk rübdən xalis mənfəətlə çıxdı

“AFB Bank” ASC 2017-ci ilin birinci rübünü 875.7 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ilk 3 ayda Bankın cəmi gəlirləri 8 mlyon 135 min manat, o cümlədən faiz gəlirləri 5 milyon 223 min manat, qeyri-faiz gəlirləri is 2 milyon 912 min manat təşkil edib.
Xərclər çıxıldıqdan sonra Bankın 4 milyon 420 min manat əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 3 milyon 544 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb (əsasən kredit və depozit itkiləri üzrə ehtiyata). Nəticədə də Bank ilk rübü 875.7 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, AFB Bank ASC 2016-cı ili 2 milyon 554 min manat xalis mənfəət ilə başa vurmuşdu.
AKTİVLƏRİ ARTIB
31 Mart 2017-ci il tarixinə "AFB Bank" ASC 317 milyon 596 min manat cəmi aktivlərə, 235 milyon 422 min manat cəmi öhdəliklərə, 82 milyon 173 min manat cəmi kapitala malik olub. 31 Dekabr 2016-cı il tarixində "AFB Bank" 300 milyon 446 min manat cəmi aktivlərə, 219 milyon 311 min manat cəmi öhdəliklərə, 81 milyon 134 min manat cəmi kapitala malik idi.
KREDİTLƏRİN 14%-Ə YAXINI PROBLEMLİDİR
Bankda vaxtı keçmiş kreditlərin məbləği 29 milyon 226 min manat və kredit portfelində xüsusi çəkisi 13,88% təşkil edib. Bank 30 milyon 421 min manat adi və məqsədli ehtiyat yaradıb.
28 noyabr 2008-ci il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. “AFB Bank” ASC-nin səhmlərin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
45 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
