Beynəlxalq Bank “Sahibkarlar Klubu” yaratdı
® Ölkəmizdə kiçik və orta biznesin inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir təşəbbüs həyata keçirib.
Bank öz müştərisi olan sahibkarlar üçün “Sahibkarlar Klubu” yaradıb. Marriott Abşeron otelində “Sahibkarlar Klubu”nun təqdimatı olub. Təqdimat mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərləri də iştirak edib.
“Sahibkarlar Klubu”nun yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək, ölkə iqtisadiyyatında bankın korporativ müştərilərinin mövqeyinin gücləndirilməsi, ixracyönümlü müştərilərin biznesinin genişləndirilməsidir. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan və müvafiq meyarlara cavab verən hər bir sahibkar bu klubda təmsil oluna bilər.
“Sahibkarlar klubu”nun üzvlərinə bankın məhsul və xidmətlərindən istifadə zamanı müxtəlif güzəştlər ediləcək. Onlar üçün bankın tərəfdaşı olan yerli və xarici təşkilatların da dəstəyi ilə birgə tədbirlər təşkil olunacaq. Bundan başqa, aqrar, xidmət, turizm, tikinti, ticarət və s. bu kimi prioritet sahələrdə bir sıra innovativ həllər sahibkarların istifadəsinə veriləcək. Klub üzvləri bankın onların işçi heyəti üçün hazırladığı sosial paketlərdən faydalanacaqlar. Mütəmadi işgüzar tədbir və görüşlərdə öz kommunikasiya imkanlarını genişləndirəcək, faydalı tərəfdaşlar tapacaqlar.
“Sahibkarlar Klubu” öz üzvlərinə hüquq, mühasibatlıq, rəqəmsal təcrübənin tətbiqi, reklam, gömrük, françayzinq, sığorta xidmətləri sahəsində də kömək göstərəcək. Eyni zamanda, onlar üçün məsləhət və təlim xidmətləri təşkil edəcək. Belə ki, kiçik və orta sahibkarlar istehsal, satış, keyfiyyətin idarə edilməsi, ixrac, idxal əməliyyatları, mühasibat işinin təşkili, vergi qanunvericiliyi və s. mövzularda keçirilən təlimlərdən faydalana, klubun cəlb etdiyi peşəkar ekspertlərdən məsləhət yardımı ala biləcəklər.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycan Beynəlxalq Bankı regionun aparıcı bankı olaraq sektordakı mövqeyi, müxtəlif qurumlarla sıx tərəfdaşlıq əlaqələri, geniş xidmət şəbəkəsi, universallığı və digər imkanları ilə öz ətrafında biznes üçün əlverişli ekosistem formalaşdırır. Biz kiçik və orta sahibkarlarımızın bu ekosistemdə fəal şəkildə təmsil olunmalarını və belə bir inkişaf mühitindən faydalanmalarını istəyirik. Bu klub sahibkarları qayğılandıran məsələlərə birgə həllərin tapılmasına, kiçik və orta biznesdə innovasiyaların, müasir menecment, marketinq təcrübələrinin tətbiqinə, sahibkarlar arasında işgüzar əlaqələrin qurulmasına kömək göstərəcək. Ümid edirik ki, “Sahibkarlar Klubu” öz məqsədlərinə çatacaq və bizi müştərilərimizə daha da yaxınlaşdıracaq”.
Sahibkarlar Klubu barədə daha ətraflı: www.sahibkarlarklubu.az
Kluba üzv olmaq istəyən sahibkarlar 937 nömrəli Məlumat Mərkəzinə (5 nömrəsini seçməklə) zəng edə, yaxud bankın yaxınlıqdakı filial və şöbələrinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























