“Əhali təşvişdədir, rəsmilər sakitləşdirici bir məlumat verməlidir"
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunda nəzərdə tutulan müddəti bu gün başa çatır. Bu isə o deməkdir ki, qanuna əsasən, martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq.
Əmanətçilər narahatlıq içərisindədir, Əmanətlərin Sığortalanması Fondu, hökumət isə susur.
Bu barədə danışan Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasının üzvlərinə, rəsmilərə müraciət edib:
“Bizə çoxsaylı müraciətlər daxil olur. Əhali təşviş içərisindədir, narahatlıq keçirənlər var. Ona görə də Fond, yaxud Şura üzvləri, hökumət nümayəndələri çıxıb məsələyə aydınlıq gətirməlidirlər”.
V.Əhmədov qeyd edib ki, hazırda Milli Məclis fəaliyyət göstərmədiyindən hansısa qanuna dəyişiklik etmək, hansısa qanun qəbul etmək səlahiyyəti yoxdur:
“Ona görə də rəsmilər bu məsələyə müdaxilə etməldilər. Ən azından parlament fəaliyyətə başlayanadək əhaliyə sakitləşdirici bir məlumat verilməlidir.
Əks halda insanlar panikaya düşüb əmanətlərini sürətlə geri çəkəcək. Bu isə onsuz da pis vəziyyətdə olan bank sistemini çökdürə bilər. Əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin olmadığından manatda olan əmanətlərini geri çəkib dollara çevirə bilər. Ona görə də əhaliyə tez bir zamanda məlumat verilməlidir.
Əmanətlərin tam sığortalanması müddəti uzadılacaqmı, uzadılmayacaqmı buna mütləq aydınlıq gətirilməlidir”.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minmiş və müddət 2019-cu ildə yenidən 1 il uzadılmışdı.
2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanırdı və tam kompensasiya olunurdu. “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra (4 Mart 2016-cı ildən) banklarda qəbul edilən tam sığortalanmasına başlanılıb. Həmçinin əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla. Bu şərtlər çərçivəsində, 4 Mart 2016-cı il - 4 Mart 2020-ci il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalıdır. Yəni, əmanət 50 min, 150 min, 300 min manat və s. olmasından asılı olmayaraq tam sığortalanır və bank müflis olduğu halda kompensasiya olunacaq.
© Modern
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















