DSMF-nin 2 saylı Bakı Ərazi şöbəsi yaradıldı
Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi şöbəsi və Dövlət Məşğulluq Xidmətinin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xəzər və Pirallahı rayon şöbələrinin bazasında Fondun 2 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) Xəzər və Pirallahı rayon Məşğulluq Mərkəzlərinin bazasında Xidmətin 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, ötən ilin dekabr ayında Xəzər rayonunda yaradılan 2 saylı DOST Mərkəzi Xəzər və Pirallahı rayon sakinlərinə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərir.
Bu amil nəzərə alınmaqla DSMF və DMX-nin həmin rayonlar üzrə qurumlarının bazasında 2 saylı Bakı Ərazi şöbəsinin və 2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması Fondun və Xidmətin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədini daşıyır.
Hər iki rayon üzrə sosial-məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini 2 saylı DOST mərkəzi həyata keçirəcək.
DSMF-nin 2 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli işləyəcək. Həmin Mərkəzlərdən daxil olan sənədlər və məlumatlar əsasında qanunvericiliyə uyğun sosial təminat növlərinin təyinatı və ödənişini yerinə yetirəcək. Bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.
Həmçinin Xəzər və Pirallahı rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsini, bu proqram çərçivəsində aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 2 saylı DOST mərkəzi aparacaq.
2 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması, həll edilməsi, ərazi məşğulluq proqramlarının hazırlanması və s. sahələrdə işləri görəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 19 d. əvvəl
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 37 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib






.jpg)








.jpg)







