“Neft ucuzlaşır, ancaq devalvasiya olacağına inanmıram” - BANKİR
"Koronovirus ilə əlaqədar olaraq neft ucuzlaşır. Amma mən bu dəfə devalvasiya olacağını gözləmirəm".
Marja xəbər verir ki, bunu jurnalistlər ilə görüşündə Unibank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.
Bankir, "Biz optimistik” deyərək sözlərinə belə davam edib:
“Düzdür neft ucuzlaşmaqda davam edir. Görürəm insanlarda yüngülvari qorxu var. Mən inanmıram ki, koronavirusun ölkəmizə ciddi mənfi təsiri olsun. Devalvasiyaya imkan veriləcəyinə də inanmıram. Bu gün Azərbaycanın 50 milyard dollardan artıq valyuta ehtiyatları var. Eyni zamanda, dövlət başçısı səviyyəsində islahatlar aparılır, inkişaf yönümlü addımlar atılır. Lazım gələrsə sabitliyin qorunması üçün valyuta ehtiyatlarından bir neçə milyard dollar xərclənə bilər. Bir müddət sonra koronavirus da nəzarət altına alınacaq və vəziyyət normala qayıdacaqdır”.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən bəri neft qiymətləri 20%-dən çox düşüb. Bu dəqiqələrdə Brent nefti 52 dollardan alıcı tapır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























