"Bank Respublika"nın səhmdarlarının yeni pay bölgüsü açıqlanıb
"Bank Respublika" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Dəyişiklik Bankın ötən ilin sonlarına yaxın nizamnamə kapitalının 20 mln. manat və yaxud 53,4% artırılaraq 57,461 mln. manata çatdırılmasından sonra baş verib.
Belə ki, "Bank Respublika"nın kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2,45 manat olan 8 163 280 ədəd yeni səhmin hamısını Bankın əsas sahibi, yaxın günlərə qədər Müşahidə Şurasının (MŞ) sədri olmuş, hazırda isə MŞ-nın üzvü olan Natiq Saday oğlu Quliyev əldə edib. Son nəticədə onun "Bank Respublika"dakı payı 16,6651%-dən 45,6709%-ə yüksəlib.
Əvəzində, digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Almaniyanın "DEG" investisiya şirkətinin payı 16,6667%-dən 10,8656%-ə, "Sparkassen International Development Trust" şirkətinin payı 8,3333%-dən 5,4328%-ə, Elçin Saday oğlu Quliyevin (MŞ-nın üzvü) payı 15,1753%-dən 9,8933%-ə, Sevda Saday qızı Quliyevanın payı 14,5271%-dən 9,4708%-ə, Saday Əsəd oğlu Quliyevin payı 14,3627%-dən 9,3635%-ə, Mariya Heydər qızı Quliyevanın payı 14,0668%-dən 9,1707%-ə, digər 3 hüquqi və 9 fiziki şəxsin payı isə 0,2030%-dən 0,1323%-ə düşüb.
Başqa sözlə, Quliyevlər ailəsi "Bank Respublika"dakı payını 74,8%-dən 83,57%-ə çatdırıb, Almaniya şirkətlərinin isə payı isə kapital artımında iştirak etmədikləri üçün avtomatik olaraq 25%-dən 16,3%-ə enib.
Bank Respublikanın yenidən nizamnamə kapitalını 20 milyon manat artıracağı gözlənilir.
Xatırladaq ki, "Bank Respublika" ASC 1992-ci ildə yaradılıb.
"Bank Respublika"nın səhmdarlarının pay bölgüsü | ||||
Səhmdarlar | Əvvəl | İndi | ||
Səhm sayı | Faiz nisbəti | Səhm sayı | Faiz nisbəti | |
"DEG" investisiya şirkəti (Almaniya) | 2 548 372 | 16,6667% | 2 548 372 | 10,8656% |
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) | 1 274 179 | 8,3333% | 1 274 179 | 5,4328% |
Natiq Saday oğlu Quliyev | 2 548 130 | 16,6651% | 10 711 410 | 45,6709% |
Elçin Saday oğlu Quliyev | 2 320 331 | 15,1753% | 2 320 331 | 9,8933% |
Sevda Saday qızı Quliyeva | 2 221 229 | 14,5271% | 2 221 229 | 9,4708% |
Saday Əsəd oğlu Quliyev | 2 196 078 | 14,3627% | 2 196 078 | 9,3635% |
Mariya Heydər qızı Quliyeva | 2 150 841 | 14,0668% | 2 150 841 | 9,1707% |
Digər 3 hüquqi və 9 fiziki şəxs | 31 038 | 0,2030% | 31 038 | 0,1323% |
Cəmi | 15 290 198 | 100,0000% | 23 453 478 | 100,0000% |
Nizamnamə kapitalı | 37 460 985,1 manat | 57 461 021,1 manat | ||
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)





