Beynəlxalq Bank Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə qoşulan ilk bank oldu

Aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması üçün Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə qoşulub. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bu sistemə qoşulan ilk bank olub.
Qeyd edək ki, AzALES adlanan sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Yeni innovativ həll aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir.
Sistem fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Eyni zamanda, bank və kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradır.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, kənd təsərrüfatı layihələrinə maliyyə dəstəyinin təmin olunması hazırda bank üçün əsas prioritetlərdəndir. Bank qeyri-neft sektorunun digər istiqamətləri kimi, aqrar sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlarla da əlaqələri genişləndirir:
“Kənd təsərrüfatı layihələrinə kredit ayrılan zaman risklərin düzgün qiymətləndirilməsi bank üçün çox mühümdür. AzALES sisteminə qoşulmağımız bu baxımdan böyük fayda verəcək. Sərfəli şərtlərlə təklif etdiyimiz kredit məhsulları kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan olacaq. Kredit müraciətlərinə baxılmasının sürətləndirilməsi ilə yüksək müştəri məmnuniyyətinə də nail olacağıq”.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
17 d. əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər
-
-
44 d. əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
56 d. əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Metro və avtobuslarda gediş haqqları artırıldı
Ən çox oxunanlar

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
