Azərbaycanda ilk! İnsan səsindən seçilməyən süni səs

“Azreco” MMC mətni insan nitqinə çevirən sistem hazırlayıb.
Şirkətdən “Marja”ya verilən məlumata görə, gigər bir çox mətnin səsləndirilməsi sistemlərindən fərqli olaraq, AzReco mövcüd səs parçalarını bir-birinə birləşdirib səsləndirmir, sıfırdan səs dalğası generasiya edir. Sistem, mürəkkəb dərin neyron şəbəkələr istifadə edir və şəbəkə böyük həcmdə səs datası üzərində öyrədilir. Öyrənmə zamanı şəbəkə real insan danışığının əsasında duran mürəkkəb strukturu analiz edir, yəni, hansı səs tonlarının bir-birini təqib etdiyini, təbii bir danışığın dalğa formasının necəliyini və s. öyrənir. Prosesin yekununda 10 milyondan artıq parameter qiymətləndirir.
Ənənəvi TTS sistemlərinin ən böyük çatışmamazlığı sintez olunan səsdə robot effektinin olmasıdır, yəni səs insan deyil, daha çox robot səsinə bənzəyir. Bu isə səsə uzun müddət qulaq asmağa mane olur, dinləyici qısa müddətdən sonra yorulur. AzReco mətnin səsləndirilməsi sistemi Azərbaycanda ilk dəfə süni intellekt tətbiq etməklə bu probelmi həll etmişdir. Sistem həm kişi, həm də qadın səsləri olmaqla, mətnləri kifayət qədər real insan səsinə bənzər səsə çevirir.
Mətnin səsləndirilməsi sistemi insan-qurğu qarşılıqlı əlaqəsinin daha təbii yolla qurulmasını təmin edən əvəzsiz bir alətdir. Bu sistemin tətbiqi iş yükünün azaldılmasında çox mühüm rol oynayır. Aşağıda sistemin istifadə olunduğu sahələrdən bəzilərinə nümunə göstərilmişdir.
1. Xəbərlərin, kitabların və s. mənbələrin mətnin səsləndirilməsi sistemi vasitəsilə oxunması vaxtın azlığından şikayət olunduğu zamanımızda çox gözəl bir alternativdir. Eyni zamanda görmə qüsurulu insanlar da TTS vasitəsilə bu mənbələrdən istifadə edə bilərlər.
2. Texnologiyanın inkişafı kütləvi xidmət mərkəzlərində robotların istifadəsini zərurətə çevirir. Təbii ki, mətnin səsləndirilməsi olmadan robot sadəcə bir dəmir prçasıdır.
3. Vağzallarda, marketlərdə və s. xidmət mərkəzlərində avtomatik elanların verilməsi.
4. Çağrı mərkəzlərində insanların yerinə mətnin səsləndirilməsi sisteminin istifadəsi həm xərcləri azalda, həm də işin 7/24 işləməsini təmin edə bilər.
https://azreco.az/tts/ linkində nümunələrə qulaq asa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
16 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
18 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
18 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
