SOCAR-ın "Odessa Liman Zavodu" ilə mümkün əməkdaşlığının detalları məlum oldu
SOCAR "Odessa Liman Zavodu" ASC-nin (kimya məhsullarının istehsalı üzrə müəssisə) tollinq əməliyyatları üzrə tenderdə iştirak etməyin imkanlarını nəzərdən keçirir.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, tollinq əməliyyatları zavodu xammal ilə təmin etmək və sonradan satış məqsədi ilə hazır məhsulu əldə etməkdən ibarətdir.
"SOCAR-ın artıq özünəməxsus karbamid istehsalı mövcuddur, biz Qara dəniz hövzəsində, həm də ondan kənarda bu məhsulun bazarlarını mənimsəmişik. Buna baxmayaraq, Odessa zavodunda tollinqdə mümkün iştirak bazarlardakı mövqelərimi daha da inkişaf etdirməyə və möhkəmləndirməyə kömək edəcək", - deyə İ. Əhmədov qeyd edib.
Digər tərəfdən, İ. Əhmədovun sözlərinə görə, ola biləcək əməkdaşlıq nəticəsində "Odessa Liman Zavodu" SOCAR-ın timsalında müəssisədə istifadə edilən xammalın (qaz, ammiak) buraxılışında, həmçinin burada istehsal edilən oxşar tipli məhsulların satışı sahəsində beynəlxalq əməliyyatlarda uğurlu təcrübəyə malik olan bir tərəfdaş qazana bilər.
Xatırladaq ki, öncə "Odessa Liman Zavodu"nun direktorunun birinci müavini Nikolay Şürikov SOCAR-ın ASC-nin özəlləşdirilməsində iştirak edə biləcəyi haqqında olan məlumat ilə öz "Facebook" səhifəsində paylaşıb.
Məlumatda bildirilib ki, bu ilin yanvarın 29-da Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Boqdan, Ukrayna Dövlət Əmlak Fondu sədrinin müavini Sergey İqnatovski və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında şirkətin nümayəndə heyəti "Odessa Liman Zavodu"nu ziyarət ediblər. Görüşdə Azərbaycan şirkətinin "Odessa Liman Zavodu"nun qarşıdakı özəlləşdirilməsində mümkün iştirakı məsələləri müzakirə edilib. Qonaqlar zavodu ziyarət edərək müəssisənin rəhbərliyi ilə rəsmi görüş keçiriblər.
Qeyd edək ki, "Odessa Liman Zavodu" ASC Ukraynanın kimya sənayesində fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Zavod ammonyak, karbamid, maye azot, karbon dioksidi, maye oksigen, natrium sulfat istehsalında ixtisaslaşıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub





















