“Bankları bu günə onların rəhbərləri salıb”
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Banklar haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə edilir.
Müzakirələrdə çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, Azərbaycandakı kommersiya banklarının maliyyə vəziyyətinin pisləşməsi iqtisadi böhranla bağlı deyil: “Bankları bu günə onların rəhbərləri salıb. Rəhbər şəxslər öz mənafeyini güdüb. Bu məsələ sağlamlaşdırılmalıdır".
"Deyirlər, “körpü-bank”lar yaradılsın. Kim deyə bilər ki, sabah o “körpü-bank” bu banklar kimi işləməyəcək?! Hərəyə 1 milyard pul veriblər, çıxıb gedib. İndi dövlət həmin pulların dalınca düşüb", - deyə deputat qeyd edib.
Pparlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov isə əlavə edib ki, Azərbaycanda bu gün fiziki və hüquqi şəxslərə kredit verilməsi faktiki dayanıb: "Yaxşı olar ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə diqqət yetirsin. Bundan başqa, dollarla verilmiş kreditlərin, vaxtı keçmiş bank borclarının necə qaytarılması məsələsinə artıq baxılmalıdır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
12 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
35 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 45 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı























