Tamkart istifadəçiləri üçün şəxsi kabinet istifadəyə verildi!
® İndi Tamkart sahibləri öz kart hesablarına və alış-verişlərinə yeni istifadəyə verilmiş Şəxsi kabinet xidməti vasitəsilə 24 saat ərzində onlayn nəzarət edə biləcəklər.
Azərbaycan Beynəlxalq Bankı yeni məhsullarından olan Tamkartın sahibləri üçün şəxsi kabinet yaradıb. Tamkart istifadəçiləri indiyə qədər Bankın IBAm mobil əlavəsi vasitəsilə bütün kart əməliyyatlarını nəzarətdə saxlaya bilirdilər. Şəxsi kabinet isə müştərilərə bu əməliyyatlardan əlavə, ümumi borc, əsas borc, ona hesablanmış faizlər, ödənilməli olan məbləğlər, bankla tərəfdaş ticarət-xidmət müəssisələrində aparılmış taksit əməliyyatları, onların ödənişləri və s. barədə digər zəruri məlumatları da anında əldə etmək imkanı verir.
Bu yeni imkandan yararlanmaq üçün https://cabinet.tamkart.az saytını açmaq və Şəxsi kabinet bölməsinə daxil olmaq kifayətdir. Şəxsi kabinetdə Tamkart üzrə məlumatlara baxmaq üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Tamkart sahibinin şəxsiyyət vəsiqəsinin FİN kodunu, mobil telefon nömrəsini və istifadəsində olan Tamkartın son 4 rəqəmini Şəxsi kabinet bölməsində tələb olunan xanalara daxil etməsi kifayətdir. Şəxsi kabinet gələcəkdə bankın IBAm mobil əlavəsinə də inteqrasiya olunacaq. Tamkart istifadəçiləri şəxsi kabinetlərindəki həmin məlumatları IBAm-dan əldə edə biləcəklər.
Tamkartın əsas özəlliyi isə onun eyni anda iki kartı - debet və kredit kartlarını özündə birləşdirməsidir. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 24 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.
Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.
Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək və kartı sifariş vermək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 23 d. əvvəl
-
41 d. əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 52 d. əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
16 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
17 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
17 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb







.jpg)













