Dövlət Neft Fondunun investisiyalardan gəlirliliyinin kəskin azalacağı gözlənilir – SƏBƏB
2020-ci ildə Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin azalacağı gözlənilir.
2020-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 606,6 milyon ABŞ dolları və ya 1 milyard 31 milyon manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2018-ci ilin müvafiq icra göstəricisindən 850,2 milyon manat və ya 5,7 dəfə çox, 2019-cu ilin proqnoz göstəricisindən 411,2 milyon manat və ya 29,5% və gözlənilən icra göstəricisindən 1 milyard 519,7 milyon manat və ya 59,6% azdır. 2020-ci il üçün orta illik gəlirlilik göstəricisi 1,45% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2019- cu ilin proqnoz göstəricisindən (2,14% faiz) 0,69 faiz bəndi, cari ilin 9 aylıq icra göstəricisindən (3,89%) isə 2,44 faiz bəndi azdır.
“Marja” xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.
Rəydə qeyd edilib ki, Fondun yerləşdirdiyi investisya alətlərində gəlirliliyin əvvəlki illərlə müqayisədə azalması dünya maliyyə bazarlarında ABŞ dollarında olan borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2020-ci ildə cari ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər. Buna səbəb, ABŞ iqtisadiyyatında son zamanlar müşahidə olunan makroiqtisadi dəyişikliklər, o cümlədən yeni tendensiyaları qeyd etmək olar.
"ABŞ iqtisadiyyatındaki zəifləməni, o cümlədən inflyasiya və iqtisadi artım göstəricilərinin daha da aşağı olmasını nəzərə alaraq Federal Reserv Sistemi bu ilin iyul ayında artıq bir dəfə faiz dərəcələrini aşağı salmasını qeyd etmək olar. Eyni zamanda Avrozonada iqtisadi artım sürəti aşağı olmaqla müşahidə edilir. Bundan əlavə, Avrozona ölkələrində əhəmiyyətli dərəcədə kütləvi borc öhdəliyi olmasının və yaşanan iqtisadi zəifləmənin yaxın dövr üçün yumşaq pul siyasətinin tətbiqinə işarə etməsi, bununla yanaşı, nəzərə alsaq ki son zamanlar avro sabit gəlirli qiymətli kağızlar bazarlarında gəlirlilik əyrisi aşağı düşməkdə davam edir. Bu isə öz növbəsində avro portfeli üçün 2020-ci ildə mənfi gəlirlilik gözləntisinə şərait yaradır. Eyni zamanda Çin iqtisadiyyatında son il ərzindəki geriləmənin iqtisadi artıma və suveren istiqrazların gəlirliliyinə təsiri və Türkiyə Mərkəzi Bankının iyul ayında faiz dərəcələrini endirməsini də nəzərə alsaq, digər valyutalarda sabit gəlirli investisiyalar üzrə gözlənilən orta gəlirliliyin cari ilə nisbətən aşağı səviyyədə olmasını proqnozlaşdırmaq qənaətinə gəlmək olar. Səhm bazarlarında isə gərginlik müşahidə olunmaqdadır. Böyük Britaniyada davam edən Brexit qeyri-müəyyənliyi biznes mühitində zəiflik yaratmaqla müşahidə edilir. Digər tərəfdən isə Avrozonada hökm sürən genişləndirici fiskal siyasətin daha da böyüməsi ehtimalı inkişafa dəstək verən amillər kimi qiymətləndirilə bilər. Qeyd olunanları və səhm bazarlarında baş verən volatilliliyinin dərinləşmə ehtimalını nəzərə alaraq gəlirliyin ehtiyatlı yanaşma prinsipi əsasında proqnozlaşdırılmasını məqsədəuyğun hesab edirik. Yuxarıda qeyd olunanları və qiymətli kağızlar bazar konyukturları üzrə yaranmış və yarana biləcək risklərin minimuma endirilməsi istiqamətində təqdim olunmuş investisiya siyasətində ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur",- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
-
14 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
15 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
15 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Ən çox oxunanlar
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib





















